Связаться с нами

Образование детей

Nizam-intizam

11 Май, 2024

Uşaqlara nizam-intizam öyrətmək üçün ən yaxşı vaxt nə vaxtdır?

Uşaqlara nizam-intizamın öyrədilməsi onların dünyaya gəlişindən başlanılmalı, zaman keçdikcə və yaşlarının artması nəzərə alınaraq davam etdirilməlidir. Uşaqlıq dövrü nəzərə alınmadan yeniyetməlik dövründə nizam-intizam gözləmək yersizdir. Çünki ağac nə qədər ki, tingdir, onu istənilən formaya salmaq mümkündür. Əgər uşaq intizamsızlığa adət etsə, onun rəftarının dəyişməsi çox çətindir.
Həzrət Həsən Əsgəri (ə) buyurur:
"Adətkərdəni (adət edən) adətindən qaytarmaq möcüzəyə bənzər bir işdir".
(Əllamə Məclisi, Biharul-ənvar, c. 78, s. 374)
Bir yaşdan aşağı olan uşağa nizam-intizam dolayı yolla öyrədilir. Əgər ana körpəyə süd vermək, yatırtmaq, yuxudan qaldırmaq və onun altını dəyişməkdə nizam-intizama riayət etsə, bu onun təhtəlşüuruna təsir göstərəcək.
Bir yaşdan yuxarı uşaqlarda isə nizam-intizamın öyrədilməsi birbaşa (sözlə), həmçinin dolayısı ilə, yəni örnək göstərmək yolu ilə, eləcə də bədii vasitələrlə (nağıl, şeir, teatr, film, cizgi filmi, xatirə, həyat hekayəsi və s.) gerçəkləşdirilir.

Dr. Hüseyn Dehnəvi

Отношения мужчины и женщины

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri