Связаться с нами

Образование детей

Valideyn

17 Февраль, 2024

Mənimlə həyat yoldaşım arasında konflikt var. Lakin bu konflikt söz mübahisəsi həddində deyil. Bu cür konflikt də uşağa mənfi təsir göstərir?

Ata ilə ana arasındakı konflikt uşaqların ruhuna olduqca böyük mənfi təsiri olan evyıxan bəladır. Ata ilə ana arasındakı konflikt dedikdə, təkcə fiziki toqquşma nəzərdə tutulmur, əksinə, mübahisə və səsin ucaldılması da konflikt sayılır.

Həyat yoldaşınızla mübahisə edən zaman övladınızın üzünə baxın. Onun üzündə iztirab əlamətlərini aşkar müşahidə edəcəksiniz . Əksər hallarda bu iztirab rəngin qaçması ilə birgə müşahidə edilir. Azyaşlı uşaqlar valideynləri mübahisə edəndə onların yanına gəlir və yalvararaq dava etməmələrini istəyirlər. Ola bilər, daha böyük uşaq və yeniyetmələr öz narahatlıqlarını büruzə verməsinlər və bu onların üzlərində görünməsin. Lakin onların daxilində əsəb iltihabı olur və iztirab onların bütün vücudunu bürüyür.

Uşaq valideynləri arasındakı konfliktə görə iztiraba düçar olur. Çünki o, elə bilir ki, bu ixtilaf ayrılıqla nəticələnəcək, o, avara-sərgərdan qalacaq, qaranlıq və naməlum gələcəklə üzləşəcək. Ata-ana arasındakı konflikt uşaqda ziddiyyət yaran masına səbəb olur. Tövsiyə edirik ki, həyat yoldaşınızla söz mübahisəsini kənara qoyasınız. Mübahisələrin çoxunun kökü puç və mənasız məsələlərdir ki, tərəflərin bir az fədakarlıq və könül genişliyi nümayiş etdirməsi ilə aradan qalxır.

Dr. Hüseyn Dehnəvi

Отношения мужчины и женщины

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri