
Fitrət qanunu
Hər hansı bir tərbiyə proqramı praktikada təsirli olduqda, uşaq onu təkcə xaricdən qəbul etməz, həm də zehni və emosional dünyasında mənimsəyər. Bu halda tərbiyə, uşağın təbiəti ilə vəhdət təşkil edərək onun şəxsiyyətində sabit və davamlı təsir buraxar.
Əslində bəşəriyyətin ən doğru və etibarlı müəllimi insanın öz mahiyyətidir. Çünki əbədiyyət qanunları, gözəl həyat prinsipləri və ilahi mahiyyət insan fitrətində yerləşmişdir. Düzgün tərbiyəyə də məhz bu daxili mənbəyə – insanın fitrətinə qayıdış yolu ilə nail olmaq mümkündür.
Bu səbəbdən dini-əxlaqi tərbiyədə fitrət və təbiət qanunlarına əsaslansaq, insan təbii olaraq dinə və əxlaqa meyl edər. Belə tərbiyə forması insanın daxilindəki potensialı üzə çıxarır və onun mənəvi inkişafına şərait yaradır.
Dok. Əbdüləzim Kərimi, "Təbii tərbiyə süni tərbiyənin müqabilində" kitabı, səh. 62-64.
"Keraamat" saytına istinadən