Связаться с нами

Образование детей

Bildiyimiz kimi, uşağın həyatının ilk 7 ili oynamaq dövrü hesab edilmişdir. Görəsən, bu, 7 yaşdan sonra uşağın oynamasına mane olmağın gərəkliyi mənasını verir?

26 Май, 2025

Bildiyimiz kimi, uşağın həyatının ilk 7 ili oynamaq dövrü hesab edilmişdir. Görəsən, bu, 7 yaşdan sonra uşağın oynamasına mane olmağın gərəkliyi mənasını verir?

     Düzdür, uşağın ömrünün ikinci yeddi ili onun təhsil ilə məşğul olması dövrüdür. Lakin bunun mənası uşagın oynamaqdan məhrum edilməsi deyil. Sizin övladınız on bir yaşı tamam olana kimi uşaqdır və onun şənlənmək və əylənməyə ehtiyacı var. Buna görə də məktəb müəllimləri və tərbiyəçilərinə (xüsusilə ibtidai sinif müəllimlərinə) tövsiyə edirik ki, uşaqlara dərs öyrətməklə yanaşı, oyun yönümlü proqramlardan və qaydalı oyunlardan da istifadə etsinlər. Çünki oyun şagirdlərin öyrənmələri və düşünmələri üçün qiymətli imkan yaradır. Oyun şagirdin dərsləri öyrənməsinin bütün cəhətlərinə müsbət təsir göstərir və onun intellekt və danışıq qabiliyyətini gücləndirir.
     Şagird oyun zamanı "təcrübə və xəta" yolu ilə həyat barəsində bir sıra məsələləri öyrənir və öz zehnindəki məlumatları təkmilləşdirir.
     Öncə qeyd etdiyimiz kimi, 7 yaşdan aşağı uşaqların oynaması üçün heç bir məhdudiyyət yoxdur. Lakin uşaq tədris mərhələsinə daxil olandan sonra onun oynaması məhdudlaşır. Çünki o, gərək, öz vaxtının bir hissəsini öyrənməyə sərf etsin.
     Böyüklərimiz uşağın ömrünün ilk 7 ilində oynamasına təkid etdikləri kimi, onun yuxarı yaşda (xüsusilə yeniyetməlik yaşlarında) çox oynamaması barədə də xəbərdarlıq ediblər.
     Həzrət Əli buyurur:
     "Oyun vurğunu nicat tapmaz". (Gürərul-hikəm və dürərul-kəlim, s. 425)
     "Ağıl oynamaqla kamilləşməz". (Gürərul-hikəm və dürərul-kəlim, s. 364)

Dok. Hüseyn Dehnəvi

Социология

27 Апрель, 2024

Təkuşaqlılıq yaxşıdırmı?

07 Май, 2024

Gec danışmaq

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl