Связаться с нами

Социология

Uşaqların evdən kənarda olan zaman təhlükələrdən amanda qalmaları üçün nə edək?

25 Январь, 2025

Uşaqların evdən kənarda olan zaman təhlükələrdən amanda qalmaları üçün nə edək?

     Ehtimal edilən təhlükələri onlara öyrədin:
     1. Küçədə ehtimal olunan təhlükələr: Onlara piyadalara aid yol hərəkət qaydalarını öyrədin. Əgər şəxsi avtomobilinizlə yolun o tərəfində (mənzilinizin əks tərəfində) dayanırsınızsa, diqqətli olun. Uşağın qəfildən evə tərəf qaçmaq və təhlükə yaratmaq ehtimalı var.
     Onlara başa salın ki, qatar və ya metronun relsinə yaxınlaşmasınlar və səkinin kənarında oynamaqdan çəkinsinlər.
     2. Velosiped sürməyin təhlükələri: On iki yaşdan aşağı uşaqlara küçədə velosiped sürmək, həmçinin yaşlarına uyğun olmayan velosipedlərə minmək icazəsi verməyin.
     Övladınızın paltarının velosipedin təkərlərinin dəndələri üstünə düşməsi onun qəfil dayanmasına və övladınıza xəsarət yetirməsinə səbəb ola bilər. Ona başa salın ki, velosipedlə kanalizasiya qapaqlarının üstündən keçəndə velosipedinin təkərlərinin onun içinə düşməsindən ehtiyatlı olsun.
     3. Hovuzdakı ehtimal edilən təhlükələr: Uşaqlar, gərək, hovuzun dərin yerlərinə girməkdən çəkinsinlər.
     Onları hovuza kəllə vurmaqdan çəkindirin. Çünki başlarının hovuzun dibinə dəymə ehtimalı var.
     On iki yaşdan aşağı uşaqlar, gərək, üzgüçülük ayaqqabısı, eynəyi və cihazından istifadə etməsinlər.
     4. Oyun təhlükələri: Uşaq ikinəfərlik taxta yelləncəkdə yellənən zaman iki tərəf arasında tarazlığın qorunmasına diqqət edin ki, onlardan hansısa yerə çırpılmasın və ayağı zədələnməsin.
     Övladınıza başa salın ki, yelləncəyin kənarından (onda başqa uşaqlar yellənən zaman) keçməsin və məsafə uzaq olsa da, bir az aralıdan fırlanıb keçsin.
     Küçədə, avtomobil və nəqliyyat vasitələrinin yolunda konki sürməsin.
     Qışda qar üzərində sürüşəndə enişli, yaxud izdihamlı küçələrdə, divara gedib çıxan yüksəkliklərdə oynamasın.
     At sürəndə xüsusi papaqdan istifadə etsin və onu möhkəm bağlasın.
     Ona dağdan və ya digər yüksəkliklərdən aşağı düşəndə qaçmaması barədə xəbərdarlıq edin. Çünki qaçsa, özünü idarə edə bilməyəcək. Həmin vaxt onun sağalmaz zədə almaq ehtimalı var.

Dr. Hüseyn Dehnəvi

Семейные отношения

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl