Связаться с нами

Социология

Təkuşaqlılıq yaxşıdırmı?

27 Апрель, 2024

Təkuşaqlılıq yaxşıdırmı? İki uşaq arasındakı yaş fərqi nə qədər olmalıdır və hamiləlik üçün ən münasib yaş neçə yaşdır?

Əvvəlcə təkuşaqlılığın çoxuşaqlılıqdan daha asan və rahat olması barədəki səhv inanc zehinlərdən silinməlidir. Təkuşaqlılığın bəzi üstünlükləri olsa da, onun mənfi cəhətləri də var.

Üstünlükləri:

  1. Ailə xərclərinin yüngül olması.
  2. Tək övladın daha rahat idarə edilməsi.
  3. Valideynin tək övladla daha səmimi olması.
  4. Evdə sakitlik (evdə başqa uşaq olmadığı üçün heç bir qarşıdurma yaranmır və evin sakitliyi pozulmur).
  5. Tək uşağa daha çox qayğı göstərildiyi üçün onun daha çox asayiş hiss etməsi və özünəinam hissinin daha artıq olması.

Mənfi cəhətləri:

  1. Valideynin tək uşağa çox bağlanması (bu bağlılıq tək övladın iztirab keçirməsinə səbəb olur və o həmişə ona bir zərbə dəyəcəyi təqdirdə valideynlərinin güclü ruhi sarsıntı keçirəcəklərindən nigarandır).
  2. Valideynin tək övladın davranış və danışığı barəsində hədsiz həssaslıq göstərməsi uşağı xoşagəlməz işlər görməyə və sözlər danışmağa sövq edir və ərköyünləşdirir.
  3. Valideynin tək uşağı həddən artıq nəzarətdə saxlaması, onun müstəqilliyini təhlükəyə atır.
  4. Tək övladın valideynlərinə çox bağlı olması onun dost tapmasına və həmyaşıdları ilə əlaqə qurmasına mane olur.
  5. Rəqabət, oyun, bacı, yaxud qardaşla ziddiyyət olmadığı üçün tək övladın inkişafına mənfi təsir göstərir.
  6. Valideynin təslimçiliyi və tək övladın istəklərinə qarşı çıxmamaları onun gələcəkdə kövrək və dözümsüz olmasına səbəb olur və o, ümidsizlik və ruhi sıxıntılara tab gətirə bilmir.
  7. Uşaqla böyük kimi davranılması (bu iş onun uşaqlıq etməsinin qarşısını alır).
  8. Həmyaşıdlarla az ünsiyyətdə olmaq (evdə bacı, yaxud qardaşı olmadığı üçün o, həmyaşıdları ilə əlaqə qurmaqda xəcalət çəkir).

Bəzi gənc ailələr müəyyən səbəblərdən təkuşaqlı olmağa meyilli, yaxud məcburdurlar. Həmin səbəblər bunlardan ibarətdir:

  1. Təkuşaqlılığın öncə qeyd edilən üstünlükləri.
  2. Cəmiyyətin artmasının qarşısının alınması.
  3. Yuxarı yaşda ailə qurmaq - ya ikinci uşağa hamilə qalmaq şəraiti mövcud olmur, ya da ana münasib hamiləlik yaşından (18-35 yaş arası) keçmiş olur.
  4. Ər ilə arvadın bir-birindən ayrılması.
  5. Təkrar hamiləliyə mane olan fiziki və tibbi səbəblər.
  6. Təkrar hamiləliyin ikinci övlad üçün bir sıra problemlər yaradacağı genetik səbəblər.

Tövsiyə edirik ki , təkuşaqlılığa meyliniz və ya məcbur olanda öncə qeyd edilən səkkiz iradı minimuma çatdırasınız. Əgər təkrar hamilə qalmaq istəsəniz, birinci uşaqla ikinci uşaq arasındakı ideal fasilə 3-4 ildir.

Семейные отношения

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri