Связаться с нами

Социология

Uşaqların məsuliyyətsizliyi müqabilində necə davranaq?

09 Декабрь, 2024

Uşaqların məsuliyyətsizliyi müqabilində necə davranaq?

     Ondan tələb olunanı aydın və qısa şəkildə izah edin və "kömək eləsən, nə yaxşı olar", "mümkündür; ola bilər; edə bilərsən və s." kimi ifadələr işlətməyin. Əgər o, öhdəsinə qoyulmuş məsuliyyəti yerinə yetirməsə beş dəqiqə sonra bir daha yadına salın və əgər yenə etməsə, həmin işi özünüz görün. Əgər siz mehriban ata və ana olmusunuzsa və indi də eləsinizsə, onun məntiqi istəklərinə müsbət cavab vermisinizsə və indi də verirsinizsə, o sizin həmin hərəkətinizə görə günah hissi keçirəcək istəyinizə müsbət cavab verəcək.
     Məsuliyyət hissi yaratmaq üçün zor və təzyiq üsullarından istifadə etməyin. Çünki bu sizinlə övladınız arasında konflikt və narazılıq yaranmasına səbəb ola bilər və onun məsuliyyət hiss etməsinə mane olmaqdan əlavə, onu inadkarlığa sövq edər.
     Əgər gündəlik işlərdə övladınızla sizin aranızda qarşıdurma yaransa, ona qalib gələ bilməyəcəksiniz və əgər ona hansısa işi məcburi şəkildə etdirsəniz, onu intiqam almağa sövq etmiş olacaqsınız və o qaşqabaq, əsəb və işləri məsuliyyətsizcəsinə yerinə yetirməklə sizdən intiqam alacaq.
     Əgər o sizin münasib davranışınızla günah hissi keçirməsə və dəfələrlə məsuliyyətdən boyun qaçırsa, çəkindirici mexanizmlərdən, xüsusilə "ver-al üsulu"ndan istifadə edə bilərsiniz. Əlbəttə, bir növ cəza olan bu üsullardan istifadə etməmişdən qabaq mütləq onu xəbərdar edin ki, onların qarşısını almaq üçün qərara gəlsin. Valideynin xəbərdarlıq etmədən cəzadan istifadə etməsi uşaqların gözündə valideynin insafsızlığının nişanəsidir.
     Övladınıza öhdəsinə qoyulmuş işin yerinə yetirilməməsinin onun üçün nə ilə nəticələnəcəyini izah edin. Əlbəttə, yaxşı olar ki, cəzanın bildirilməsi ilə yanaşı, həmin işin yerinə yetirilməsi müqabilində onu gözləyən mükafatlar barədə də məlumat verəsiniz.
     Məsuliyyətsizliyin məntiqi nəticəsi ilə qarşılaşmaq da uşaqda məsuliyyət hissi yaratmaq üçün gözəl üsuldur. Yuxudan gec oyanmağın məntiqi nəticəsi məktəb avtobusuna gecikmək, səhər yeməyindən məhrum olmaq və məktəb müdiriyyəti tərəfindən danlanmaqdır. Səliqəsizlik və çirkli paltarların xüsusi səbətə qoyulmamasının məntiqi nəticəsi onların yuyulmamasıdır…

Dr. HÜseyn Dehnəvi

Образование детей

17 Февраль, 2024

Valideyn 2

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri