Связаться с нами

Социология

Məsuliyyət hissinin xeyri

06 Декабрь, 2024

Uşaqlarda məsuliyyət hissi yaradılmasının uşaqların özü və onların valideynləri üçün nə xeyri var?

     Məsuliyyətli uşaqlar daha rahat və dəqiq qərar qəbul edir və onların həyatlarını formalaşdıran qərarlarda daha çox iştirak edirlər.
     Onlar özlərinin söz demək haqlarından daha çox istifadə edirlər və güclü seçim qabiliyyətinə malik olurlar.
     Məsuliyyət hissi bizim övladlarımızı müstəqil və intizamlı yetişdirir və onlara işləri daha yaxşı və daha tez yerinə yetirməyi öyrədir. Buna görə də onların özlərinə hörmət və özünəinam hissləri də artır.
     Məsuliyyətli uşaqlar gələcəkdə cəmiyyətdə yaşamaq üçün lazım olan bacarıqları öyrənirlər.
     Onlar başqalarının (xüsusilə valideynlərinin) səylərini qiymətləndirirlər və nəticədə onların ailəyə bağlılıq hissi və başqalarına yardım etmək xüsusiyyəti güclənir.
     Məsuliyyətli uşaqlar ev işlərində daha çox iştirak edir, valideynin yükünü yüngülləşdirirlər. Evdə valideynlərin iş yükü yüngülləşəndə onların əsəbləşmə halları azalır və nəticədə ailə mühiti daha sakit və səmimi olur.
     Uşaq və yeniyetmələrdə məsuliyyət hissi yaratmağın qeyd edilənlərdən əlavə, cüzi ziyanları da ola bilər ki, onlara göz yummaq lazımdır. Əmin ola bilərsiniz ki, uşaqda məsuliyyət hissi yaratmağn xeyirləri həmin ziyanlardan qat-qat çoxdur.

Dr. Hüseyn Dehnəvi

Статьи

03 Апрель, 2024

Yaxşı plan – sadə plandır

06 Апрель, 2024

Vaxtımızın oğruları

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev