Azyaşlı övladımızın heç bir problemlə qarşılaşmaması üçün onu çimizdirəndə hansı şeylərə riayət etmək lazımdır?
Uşaq hamamda olan zaman aşağıdakı məqamlara riayət etmək zəruridir:
1. Hamamda suyun təhlükələrinə diqqət edin. Övla dınızın heç vaxt sizsiz hamam vannasına girməsinə icazə verməyin. Unutmayın ki, azyaşlı uşaqlar hətta bir neçə santimetrlik suda da boğulurlar. Boğularaq ölmə halları iki yaşlı uşaqlarda bütün yaşlardan daha çoxdur.
2. Çiməndə övladınızı hətta bir neçə dəqiqəlik belə tək qoymayın. Telefonun zəng çalmasına və ya evin zənginin basılmasına əhəmiyyət verməyin. Zərurət yarananda mütləq övladınızı da özünüzlə aparın.
3. Heç vaxt hamamda kiçik övladınızla böyük övladınızı tək qoymayın (bu, hamamdan başqa yerlərə də aiddir). Çünki körpələr böyük uşaqların baş qatmaları üçün yaxşı vasitədirlər. Lakin onlar körpələri saxlamaq qabiliyyətinə malik deyildirlər və hər hansı bir hadisə baş verən zaman düzgün qərar qəbul edə bilmirlər.
4. Hamamın içindəki elektrik avadanlıqlarına toxunmaqdan - xüsusilə su kranından yapışdığınız zaman - çəkinin.
5. Uşaq çimməmişdən qabaq suyun hərarətini mütləq yoxlayın.
6. Uşağı çimizdirəndə üzük və qol saatınızı açıb kənara qoyun ki, körpənin bədəninə xəsarət yetirməsin.
7. Körpənin üzünü duşun altına tutmayın. Bu iş onda hamam barəsində qorxu və vahimə yaratmaqdan əlavə, uzunmüddətli olacağı təqdirdə onun nəfəsinin kəsilməsinə səbəb ola bilər.
Dr. Hüseyn Dehnəvi