Связаться с нами

Социология

Uşaq, mətbəx və təhlükə

23 Декабрь, 2024

Mən vaxtımın çox hissəsini mətbəxdə keçirirəm və bir yaşlı övladım da daim mənim yanımda olur. Bunu nəzərə alaraq onun qorunması üçün hansı məqamlara riayət etməliyəm?

     Mətbəx uşaqlar, xüsusilə körpə uşaqlar üçün mü nasib yer deyil. Siz onun başını mətbəxdən kənarda da qata bilərsiniz. Lakin zəruri hallarda aşağıdakı təhlükəsizlik qaydalarına diqqət edin:
     1. Yemək qazanlarının qazın üstündə necə yerləşməsinə diqqət etmək. (Mütləq qaz piltəsinin arxa gözlərindən yuxarı hərarət tələb edən bişir-düşür işləri üçün, qabaq gözlərindən isə aşağı hərarət tələb edən və mülayim istiliyin kifayət etdiyi işlər üçün istifadə edin. Bu halda yenə çaydan və çaynikin tutacağını qaz piltəsinin arxa hissəsinə tərəf, tavanın tutacağını isə sağ və ya sol tərəfə döndərin.) Diqqətli olun ki, sizin öz paltarınız da qabların tutacağına ilişməsin. Çünki bu halda onların aşma ehtimalı var.
     2. Bıçaq, çəngəl, kibrit və s. kimi təhlükəli əşyaların divar şkaflarına, yaxud yerdən ən azı 1 metr hündürlükdə olan yerlərə qoyulması.
     3. Siyirmə və şkafların ağzını açar ilə bağlayaraq ət maşını, mikser, şirəçəkən maşın kimi mətbəx avadanlıqlarının qorunması.
     4. Samovar, çaydan və isti yemək qablarının əl altinda olmaması.
     5. Manqalın isti kömürləri, yaxud isti ütü və kabab bişirən avadanlığın istifadədən sonra diqqətdə saxlanılması.
     6. Soyuducunun buzluğunda ərzaq saxlamaq üçün nəzərdə tutulmuş kisələrin, ümumiyyətlə, digər kisələrin əl altında olmaması (uşağın onu başına keçirməsi və boğulma ehtimalı var).
     7. Şirə qablarından qeyri-qida məhlullarının saxlanılması üçün istifadə etməmək (övladınızın ayırd etmək bacarığı yoxdur və buna görə də həmin məhlulu başına çəkə bilər).

Dr. HÜseyn Dehnəvi

Интервью

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz