Связаться с нами

Психология

Ögey övlad

26 Апрель, 2024

Övladlığa uşaq götürmüşəm. Bunu onun özünə deməyimə ehtiyac varmı?

Bəli, onu bundan xəbərdar edin. Çünki o, gec-tez bunu başqasından eşidəcək və məsələnin qəfil üzə çıxması onun üçün qorxulu olacaq, onun zehni asayişini təhlükəyə atacaq. Bundan əlavə, o özünün əsl valideynindən ona keçmiş genetik xüsusiyyətləri ilə sizin aranızda nəzərə çarpacaq fərqlər görəndə stress keçirə bilər.
Bu mövzunu açıqlayanda düşünülmüş şəkildə hərəkət edin. Belə ki, məsələni uşağın yanında açıq şəkildə qohumlara deyin və onu özünüzün ögey övladınız adlandırın. Pıç-pıç ilə danışmaqdan və məsələni gizlətməkdən çəkinin. Bunu edəndən sonra uşaq, təbii ki, sizdən ögey övladın nə olduğunu soruşacaq.
Ona belə gözəl və maraqlı bir hekayə ilə cavab verin: Çox istəmək üçün bir qız (oğlan) arzusunda idim. Bir gün çoxlu uşaqların olduğu bir mərkəzə getdim. Mərkəzin böyüyü ilə danışdım və ona dedim ki, mənə filan (ögey övladınızın xüsusiyyətlərini bəyan edin) xüsusiyyətlərə malik bir uşaq ver. O getdi və bir az sonra gözəl və qəşəng bir uşaq gətirdi. Sən həmin uşaqsan. Mən səni əldə etdiyim üçün çox sevinirdim və qərara gəldim ki, səni böyüdüm və ömrünün sonuna kimi səni sevim.
Bu hekayə ögey övladın müsbət xüsusiyyətlərini vurğulayır və uşaq bir-birinin ardınca onları eşitməkdən sevinir.
Bu məsələni (ögey övlad məsələsini) çox təkrar etməyin. Çünki onda uşağın zehninə bu sual gələcək ki, məgər ögey övlada nə olub ki?
Ögey övladı sevməyi sözdə çox vurğulamaq da maraqlı deyil. Ona məhəbbətinizi əməldə sübuta yetirin.
Ögey övladınız sizdən "nə üçün mənim anam yoxdur?" - deyə soruşanda, əgər valideynləri qəzaya düşüblərsə, bunu ona deyin. Əgər anası onu atıb gedibsə, ona belə deyin: "Mən bilmirəm o, nə üçün səni saxlaya bilməyib, amma bunu dəqiq bilirəm ki, səni çox istəyib". Ona heç vaxt anasının onu sevmədiyini deməyin. Çünki bu halda onun bütün analara inamı itəcək.
Heç vaxt onu cəzalandırmaq üçün tək buraxmaqla hədələməyin. Bu tənbeh onda çox böyük vahimə - anası kimi, sizin də onu buraxacağınız qorxusu yaradır.

Dr. Hüseyn Dehnəvi

Статьи

03 Апрель, 2024

Yaxşı plan – sadə plandır

06 Апрель, 2024

Vaxtımızın oğruları

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev