Связаться с нами

Психология

Ayaqyoluna getməmək üçün müqavimət göstərmək

23 Март, 2024

Dörd yaşlı oğlum ayaqyoluna getməmək üçün müqavimət göstərir. Bunun səbəbi nədir və bu problemi necə aradan qaldırmaq olar?

Bu cür müqavimətin bir sıra səbəbləri var:

  1. Valideynlə güc müharibəsi: Siz övladınızın yadına ayaqyoluna getməyin lazım olmasını salanda hökm edir və təzyiq vasitələrindən istifadə edirsiniz? O, şalvarını isladanda, yaxud bulaşdıranda əsəbiləşir, onun üstünə qışqırır, fiziki cəzadan istifadə edirsiniz? Uşaqla bu cür davranmaq onu valideynlə güc müharibəsinə sövq edir. Əgər indiyə kimi belə davranmisınızsa, təzyiq göstərməyi 4-6 həftə müddətinə kəsin və o, şalvarını isladanda, yaxud bulaşdıranda yalnız təəssüfünüzü bildirməklə kifayətlənin. Əmin ola bilərsiniz ki, əgər belə etsəniz, qeyd edilən müddətdən sonra o, müharibədən əl çəkəcək.
  2. Diqqəti özünə cəlb etmək: O, şalvarını isladanda, yaxud bulaşdıranda kəskin reaksiya və həssaslıq göstərirsiniz? Bəzi analar evin murdarlanmasının qarşısını almaq, bəziləri isə rahatlıqlarının pozulmaması üçün uşağın bu hərəkəti müqabilində kəskin reaksiya və həddən artıq həssaslıq göstərirlər. Uşaqların diqqətə ehtiyacları olduğu üçün onlar valideynləri kəskin reaksiya verən zaman onların diqqətini özlərinə cəlb etmək üçün bu hərəkəti təkrar edirlər. Buna görə də siz həssaslığınızı azaldın və onun bu hərəkətini görəndə soyuqqanlılıqla təəssüfünüzü bildirin və aram şəkildə ona böyüdüyünü və daha şalvarını islatmamalı, yaxud bulaşdırmamalı olduğunu deyin.
  3. Oyun: Uşaqların oynamağa böyük marağı olur və onlara oyunu qoyub ayaqyoluna getmək çox çətindir. Buna görə də onlar ayaqyoluna getməmək üçün müqavimət göstərirlər. Bu səbəbin aradan qalxması üçün, gərək, təşviq etmək, mükafatlandırmaq, bunlar bir nəticə verməyəndə isə onun fəaliyyətinin qarşısını almaq və məhrumetmə üsulu ilə onda ayaqyoluna getmək marağı yaradasınız.

Dr. Hüseyn Dehnəvi

Образование детей

17 Февраль, 2024

Valideyn 2

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev