Связаться с нами

Психология

Uşaqlar və psixoloji sıxıntılar

25 Июль, 2024

Səhərlər övladlarımla yuxudan qalxmaq, səhər yeməyi yemə, hazırlaşmaq və s. üstündə problem yaşayıram. Çox az günlərim olar ki, konfliktsiz başlasın. Bu məsələdən yaranan psixoloji sıxıntıları aradan qaldırmaq üçün nə edim?

     Səhərlər uşaqlarla konfliktdən yaranan psixoloji gərginlikdən uzaq olmaq üçün aşağıda qeyd edilən şərtlərə əməl etmək lazımdır:
     1. Lazımi fürsət: Konfliktlərin əsas səbəbi vaxt azlığıdır. Buna görə də lazımi fürsətinizin olması üçün aşağıdakı yollardan istifadə edin:
     A. Yuxudan həmişəkindən 30-45 dəqiqə tez durun.
     B. Bəzi işləri (paltarların ütülənməsi, uşaqların yemək qablarının hazırlanması və s.) axşamdan görün.
     C. Övladlarınızı 15-30 dəqiqə tez oyadın. Onları oyatmaq tərzinə diqqət edin. Onların yuxudan düşünülməmiş şəkildə oyadılması psixoloji sıxıntılara şərait yaradır və səhər konfliktləri ilə nəticələnir.
     Ç. Uşaqlarınızdan tələb edin ki, səhər etdikləri işləri (çanta, paltar və corabın hazırlanması, ayaqqabıların təmizlənməsi və s.) axşamdan görsünlər.
     2. Məsuliyyət bölgüsü: Övladlarınızın hər birinin məsuliyyətini müəyyənləşdirin. Yaxşı olar ki, onların hər birinin məsuliyyətini böyük hərflərlə yazıb gözlərinin qabağından asasınız.
     3. İşlərin yerinə yetirilməsinə nəzarət: Bəzən uşaqlarınızın səhər məsuliyyətlərinə əməl edib-etməmələrini və ümumiyyətlə, yuxudan durub-durmamalarını yoxlayın. Diqqətli olun və onların işlərini siz yerinə yetirməyin. Onların öhdələrinə qoyulmuş vəzifələrə səhlənkar yanaşmalarını müşahidə edəndə məhrumiyyət üsulundan istifadə edin və (səhər yox) münasib fürsət də onları xoşladıqları işlərdən (velosiped sürmək, kompüter, televizor, park, kinoteatr, qohumların evinə getmək və s.) müvəqqəti məhrum edin.
     4. Şəxsi əşyalar üçün xüsusi yerin təyin edilməsi: Övladlarınızın hər biri üçün xüsusi yer təyin edin ki, ehtiyacları olan şeyləri (ərzaqlarını, qab və s.) oradan götürsünlər və səhərlər axtara-axtara qalmasınlar.

Dr. Hüseyn Dehnəvi

Семейные отношения

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri