Mən gigiyenik məsələlərə görə və azyaşlı övladımın xəstələnməsindən qorxduğum üçün onun torpaq və su ilə oynamasına mane oluram. Siz mənim bu hərəkətimin düzgünlüyünü təsdiqləyirsinizmi?
28 Июнь, 2025
Mən gigiyenik məsələlərə görə və azyaşlı övladımın xəstələnməsindən qorxduğum üçün onun torpaq və su ilə oynamasına mane oluram. Siz mənim bu hərəkətimin düzgünlüyünü təsdiqləyirsinizmi?
Azyaşlı uşaqlara torpaq və su ilə oynamaq olduqca maraqlıdır.
İslamın əziz Peyğəmbəri buyurur: "Həqiqətən, torpaq uşaqların əyləncə yeridir (çiçəklənmə amilidir)".1
Həzrət Peyğəmbər uşaqları torpaqla oynadıqları üçün sevir.2
Uşaqlara açıq havada qumla dolu bir çala olduqca maraqlı gəlir və onun yanında bir bel və qutunun, yaxud vedrənin olması onları saatlarla özünə məşğul edə bilir. Su ilə oynamaq da uşaqların ruhən sakitləşməsinə səbəb olur. Bu gün uşaq mədəniyyət mərkəzlərində və bəzi uşaq evlərində intellektual və maarifləndirici oyunlardan əlavə, su, torpaq və palçıq ilə oynamağa xüsusi əhəmiyyət verilir. Buna görə də övladınızı bu cür oyunlardan məhrum etməyin.
Uşaqlar torpaq və su ilə oynayanda diqqət edilməli asas məsələ torpaq və palçığın növünün seçilməsində gigiyenik qaydalara riayət edilməsi, mühit və suyun temperaturunun münasib dərəcədə olmasıdır. Unutmayın ki, bəzi heyvanlar öz peyinlərini torpaq və qumun altına basdırırlar.
Dok. Hüseyn Dehnəvi