Связаться с нами

Психология

Pişikdən qorxu

28 Август, 2024

Üç yaşında olan oğlum pişikdən çox qorxur. Onun bu qorxusunun aradan qalxması üçün nə edim?

     Uşağın qorxusunu aradan qaldırmaq yollarından istifadə etməmişdən qabaq bir neçə şeyə diqqət edin:
     1. Özünüzün heyvanlardan olan qorxunuzu uşağa keçirməyin; 2. Onun pişiyə yaxınlaşmamasına çox göz qoymayın. 3. Pişik görəndə vahimələnərək uşağı ondan uzaqlaşmağa vadar etməyin.
     Uşağın pişikdən qorxusunu aradan qaldırmaq üçün bəzən oyunda pişik rolu oynayaraq "miyo-miyo" edin. Pişiklərin həyatı barədə şəkilli kitablar alın və uşağa verin, onların barəsində uşağa yaxşı nağıllar danışın. Həmçinin uşağı zooparka aparın ki, daha çox heyvanlarla tanış olsun.
     Bu müqəddimələrdən sonra, gərək, uşağı qorxu situasiyası ilə (pişiklə) qarşılaşdırasınız. Bu qarşılaşma, gərək, tədrici və düşünülmüş olsun.
     Ev pişiyi görəndə onu uzaqdan öz övladınıza göstərin və pişiklərin gözəl və istəməli olması barədə cümlələr deyin. Uşağa pişiyi göstərəndə ona çox dadlı bir yemək verin və bu yolla xoşagəlməz amili (pişiyi) xoşa gələn amil (yemək) ilə əvəzləyin. Sonra özünüz təkcə (uşaqsız) pişiyə tərəf gedin və uşağa təklif edin ki, o da sizinlə getsin. Əgər istəməsə, onu məcbur etməyin və bu qarşılaşmanı başqa bir vaxta saxlayın.
     Əgər uşaq sizinlə birlikdə pişiyə tərəf getmək istəsə, çox aram və tələsmədən pişiyə tərəf gedin və uşağa deyin ki, qorxusunun dərəcəsini 1-dən 10-a kimi saymaqla bildirsin. Əgər pişiyə tərəf hərəkət edəndə onun qorxusunun dərəcəsi 10-a yaxınlaşsa, bir dəqiqə dayanın, sonra yenidən əgər uşaq istəsə, hərəkəti davam etdirin. Əgər onun qorxu dərəcəsi azalmasa, hərəkətin davam etməsinə meyil göstərməsə, bu qarşılaşma planını dayandırın və başqa bir vaxtda yenidən əvvəl deyilən üsul ilə başlayın.
     Uşaq pişiyə tam yaxınlaşanda onu əlini pişiyə sürtməyə və onu sığallamağa qoymayın. Çünki birdən pişik onu cırmaqlayar və uşaq üçün pis xatirə yaranar.

Dr. Hüseyn Dehnəvi

Интервью

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri