Связаться с нами

Психология

On bir yaşlı oğlum işlərində diqqətsizdir. Bu problemi necə aradan qaldıra bilərəm?

11 Октябрь, 2024

On bir yaşlı oğlum işlərində diqqətsizdir. Bu problemi necə aradan qaldıra bilərəm?

     Heç vaxt əfəl, bacarıqsız, kor və s. kimi pis sözlər dən və təhqiredici cümlələrdən istifadə etməyin. Əksinə, onun diqqətsizliyinin səbəblərini tapın və onları aradan qaldırın:
     1. Bədənin hərəkət ahəngində lənglik: Bəzi uşaq və yeniyetmələrdə bədənin hərəkət ahəngi ləng olur. Siz onu gimnastika, üzgüçülük və futbola, əlbəyaxa döyüş növlərinə yazdıraraq bədən üzvləri arasındakı uyğunluğu çoxalda, onun hərəkət bacarıqlarını artıra bilərsiniz.
     2. Çoxsaylı fəaliyyətlər: Çoxsaylı fəaliyyətlər uşağın onları tələsik yerinə yetirməsinə səbəb olur. Təbii ki, işlər hər nə qədər tələsik yerinə yetirilsə, onların yerinə yetirilməsində diqqət az olacaq.

     Bir neçə tövsiyə
     A: Ona başa salın ki, işlərin keyfiyyəti də yerinə ye tirilmə sürəti qədər əhəmiyyət daşıyır.
     B: Ona işlərini mərhələli şəkildə yerinə yetirməyi öyrədin və hər mərhələdə onu həvəsləndirin. Onda çox vaxt sərf edilərək yerinə yetirilən işlərə maraq yaradın. Kit (sadə elektron sxemlər), qobelen (divar xalçası) toxumağı, qrafika, proqram yazılması və sairə, həmçinin qızlar üçün naxış vurmaq, tikiş işləri, azyaşlılar üçün pazl oyunu, konstruksiyaların quraşdırılması və s. onun diqqətini artırır.
     Onun diqqətəsizliyinin sayını azaltmaq üçün məntiqi nəticələrdən də istifadə etmək olar. Belə ki, o, diqqətsizliyi səbəbindən ev əşyalarına ziyan vuranda, onun qiymətinin bir hissəsini öz cibxərcliyindən ödəməlidir. Əgər xarab edilmiş avadanlıq onun öz əşyalarından olsa, tez həmin şeydən alıb onun yerinə qoymayın.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz