Связаться с нами

Психология

Oğlum qaranlıqdan qorxur

04 Сентябрь, 2024

Beşyaşlı oğlum qaranlıqdan qorxur. Buna görə də gecə ayrı otaqda yatmır. Onu ayrı otaqda yatmağa vadar etmək üçün nə edim?

     Qaranlıqdan qorxmaq uşaqlarda 2 yaşından başlayır və təqribən 10-12 yaşlarına kimi davam edir. Uşaqların ayrı yatmaq məsələsində müstəqil ola bilməmələri problemi ilə qarşılaşmamaq üçün onları qaranlığın mənasını dərk etməmişdən qabaq ayırmaq lazımdır.
     Siz indiyə kimi sizdən ayrılmamış övladınız barəsində aşağıdakı üsullardan istifadə edə bilərsiniz:
     1. Onun otağını ürəyi istəyən şəkillərlə, ailəvi şəkillərlə bəzəyin, çarpayı və komod ilə daha da maraqlı edin.
     2. Gecə proqramı icra etməklə yatmağı onun üçün daha da maraqlı edin.
     3. Onun öz tüfəng, tüklü ayı və ya xoşu gələn digər oyuncağını özü ilə yatağına aparmasına icazə verin.
     4. Yatağına girəndən sonra onun alın və başına sığal çəkin, ona yaxşı və sakitləşdirici nağıllar danışın. Bəzi uşaqların mahnıdan xoşu gəlir, bəziləri saatın tık-tık səsi kimi ahəngdar səslərlə, yaxud mülayim musiqi ilə rahatlıq tapırlar. Bu işlər uşağın yuxuya getməsini daha rahat edir.

Dr. Hüseyn Dehnəvi

Отношения мужчины и женщины

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev