Связаться с нами

Психология

Kabus

02 Июнь, 2024

Beş yaşlı oğlum gecələr kabus görür. Bunun səbəbi nədir? Mən onun rahat yatması və kabus görməməsi üçün nəsə edə bilərəmmi?

   Kabus bütün yaşlarda, hətta bir yaşda olan uşaqda da mövcud olan qorxulu yuxudur. Bir yaşlı uşağın kabusunun mövzusu valideyndən ayrılmaq, 3-6 yaş arası uşaqların kabusu itmək, oğurlanmaq, hansısa insan və ya heyvan tərəfindən təqib olunmaq, 6-10 yaşlı uşaqların kabusunun mövzusu isə daha çox məktəb problemləri olur.

Səbəblər
   1. Psixoloji sıxıntılar: Valideynlər arasındakı ixtilafdan, ailədə yeni uşağın dünyaya gəlməsindən, bacı, qardaş və həmyaşıdların incitmələrindən və s. yaranan hər hansı psixoloji sıxıntı kabusa səbəb olur. Buna görə də övladınızın psixoloji sıxıntılarını aradan qaldırın.
   2. İnciklik: Əgər uşaq valideyn tərəfindən döyüldüyü, üstünə qışqırıldığı və möhkəm danlandığı üçün incik halda yatsa, kabus görəcək. Buna görə də döymək və sərt davranış əvəzinə, çəkindirici üsullardan istifadə edin. Əgər onu döysəniz və ya danlasanız, çalışın, yatmamışdan qabaq könlünü alın ki, rahat yatsın.
   3. Qorxulu filmlər: Onun qorxulu film və vahiməli səhnələrə baxmasına imkan verməyin. Sizin və ya başqasının ona qorxulu nağıllar danışması da onun kabus görməsinə səbəb olur.

Bir neçə tövsiyə
   A. Onun isti və yumşaq çarpayıda, rahat paltar və yüngül yorğanla yatmasına şərait yaradın.
   B. O, kabus görəndə yanına gedin və qorxusunun səbəbini soruşun, ona gördüklərinin yuxu olduğunu və yuxu görməyin təbii bir iş olduğunu başa salın.
   C. Onun kürəyini masaj edin və "qorxma, qorxma" deyərək onu sakitləşdirin.
   Ç. Sizi yuxudan ayıltdığı üçün onu danlamayın və xətrinə dəyməyin.
   D. Sakitləşəndən sonra bir müddət onun yanında qalın.
   E. Onu öz otağınıza çağırmayın. Çünki onun buna adət etmək və sonra sizin üçün problemlər yaratmaq ehtimalı var.

Dr. Hüseyn Dehnəvi

Образование детей

17 Февраль, 2024

Valideyn 2

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri