Связаться с нами

Психология

Avadanlıq və oyuncaqların xarab edilməsi

25 Апрель, 2024

Yeddi yaşlı oğlum ev avadanlıqlarını və öz oyuncaqlarını xarab edir. Onun bu rəftarı ilə necə davranım?

Gərək, bunun səbəbini tapa və həmin səbəbi aradan qaldırasınız. Uşağın əşyaları xarab etməsinin səbəbləri aşağıdakılardan ibarətdir:

  1. Əsəbilik: Övladınız avadanlıqları əsəbləşəndə sındırır. Buna görə də onun əsəbləşmə səbəblərinə diqqət edin və onları yazıb köklərini taparaq aradan qaldırın.
  2. Bac almaq və güc müharibəsi: Ola bilər, o özünün qeyri-məntiqi istəklərinə çata bilməyəndə sizi təslim etmək üçün bu vasitədən istifadə edir. Bu vaxt sükut qaydasından istifadə edin.
  3. Diqqətin özünə cəlb edilməsi: Bəzən uşaqlar başqalarının, xüsusilə valideynlərin diqqətini özlərinə cəlb etmək üçün təxribatla məşğul olurlar. Bu səbəb sizin övladınızın diqqətə ehtiyacının olduğunu göstərir. Buna görə də başqa vaxtlarda (onun təxribatla məşğul olmadığı zamanlarda) ona daha çox diqqət edin ki, ehtiyacı təmin olunsun.
  4. Enerjinin həddən artıq olması: Enerjiləri həddən artıq olan uşaqlar bəzən ziyanvericiliklə məşğul olurlar. Onun enerjisini idman fəaliyyətləri ilə boşaldın.
  5. Maraq hissi: Uşaqlar hər şeylə maraqlanırlar və bəzən bu səbəbdən və bu hissi təmin etmək üçün ev avadanlıqlarını və öz oyuncaqlarını xarab edirlər. Onun bu hissinin təmin edilməsi üçün ona köhnə və istifadə edilməyən bir radio verin ki, onu açıb bir-birinə vursun. Sizin nəzarətiniz altında bəzi elektrik avadanlıqlarının açılması da onun maraq hissinin təmin edilməsində təsirli ola bilər.
  6. Nemət firavanlığı: Əgər ona oyuncaq almaqda ifrata varmısınızsa, bu işinizi məhdudlaşdırın. Bəzən onu bu işə oyuncaqlarının çox və rəngarəngliyi sövq edir. Çünki o onları əldən çıxarmaqdan narahat deyil.

Bir neçə tövsiyə
A. Xarab edə biləcəyi əşyaları onun əli çatan yerlərdən uzaq saxlayın.
B. Ona başa salın ki, (əsəbləşəndə) əşyaları xarab etmək əvəzinə, hisslərini söz ilə ifadə etsin. Əgər bunu edə bilmirsə, öz hisslərini topu divara vurmaqla boşaltmasının da eybi yoxdur.
C. O, hər hansı bir şeyi xarab edəndə, gərək, onun pulunun bir hissəsini öz cibxərcliyindən ödəsin, yaxud onun əvəzini evdə işləməklə çıxsın.
Ç. Onun bu rəftarı azalanda, onu tərifləyin.

Dr. Hüseyn Dehnəvi

Статьи

03 Апрель, 2024

Yaxşı plan – sadə plandır

06 Апрель, 2024

Vaxtımızın oğruları

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl