Связаться с нами

Психология

Yeddi yaşlı oğlum od ilə oynamağa çox həvəslidir. Mən bunun təhlükə ilə nəticələnəcəyindən qorxuram. Onun bu hərəkəti ilə necə davranım?

11 Июнь, 2025

Yeddi yaşlı oğlum od ilə oynamağa çox həvəslidir. Mən bunun təhlükə ilə nəticələnəcəyindən qorxuram. Onun bu hərəkəti ilə necə davranım?

     Uşağın od ilə oynaması onun psixoloji probleminin mövcudluğunun nişanəsidir. Araşdırma aparın və onun psixoloji probleminin kökünü (valideynlər arasında ixtilaf, ikinci övladın dünyaya gəlməsi, ona diqqət və sevgi göstərilməməsi, danlaq və s.) taparaq həmin səbəbi aradan qaldırın.
     Uşağın bu rəftarı müqabilində həssaslıq göstərmək onu həmin işə daha da hərisləşdirir. Buna görə də kəskin reaksiya verməyin, lakin ona daha çox nəzarət etməklə, kibrit və alışqanı siyirtməyə qoymaqla təhlükə şəraitini aradan qaldırın.
     Sakit şəkildə və münasib zamanda (televizorda qorxulu yanğın hadisələri göstərilən zaman) övladınıza rəftarının təhlükəli olduğunu və faciə törədə biləcəyini başa salın. Yanğın hadisələri və onların qurbanlarının qəzet və jurnallardakı şəkillərinin uşağa göstərilməsi, həmçinin evdə yanğınsöndürən balonlarının saxlanılması da yaxşı xəbərdarlıq vasitəsidir.
     Tövsiyəmiz budur ki, dağa, çölə gəzintiyə gedəndə ocaq yandırmağı ona tapşırasınız. Əgər o, bir ocağı qalamaq üçün bir qutu kibriti yandırıb qurtarsa belə, yenə səbir edin ki, odla oynamaqdan gözü doysun, evdə və təhlükəli yerlərdə odla az oynasın.

Dok. Hüseyn Dehnəvi

Социология

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri