Связаться с нами

Психология

Uşaqlarda cindən qorxu

16 Сентябрь, 2024

Doqquz yaşlı oğlum cindən qorxur. Bunun səbəbi nədir və onu necə aradan qaldırmaq olar?

     Uşaq və yeniyetmələrin cindən (və ruh, küpəgirən, ölü, qorxulu ruhlar və s.) qorxmalarının əsas səbəbi onların öz həmyaşıdları ilə ünsiyyətdə olarkən eşitdikləri sözlərdir. Buna görə də tövsiyə edirik ki, qonaqlıqlarda uşaqların xəlvətə çəkilib belə sözlər danışmalarına nəzarət edəsiniz və belə söhbətlərin getdiyini görəndə bu cür qorxuların yaranmaması üçün onun istiqamətini dəyişəsiniz.
     İndi ki cin barəsində belə bir qorxu yaranıb (əlbətt , o, elə də uzunömürlü olmur), onun yüngülləşməsi üçün aşağıdakı məqamlara diqqət edin:
     1. Əgər o öz qorxusu barədə sizinlə danışmaq istəyirsə, maraqla ona qulaq asın. O bununla boşalır və qorxusu azalır.
     2. Siz özünüzün uşaqlıq qorxularınızı yada salaraq övladınızla söhbətə başlaya bilər və ona başa sala bilərsiniz ki, böyüyəndən sonra sizdə olan qorxuların çoxunun əsassız olduğunu görmüsünüz.
     3. Uşaqlar elə bilirlər ki, cin quyruqlu, dırnaqlı, zərər-ziyanlı, kinli və kobud bir varlıqdır. Çalışın, bu barədəki xurafatları aradan qaldırın və ona bu barədə həqiqi məlumatlar verin.
     4. Qorxulu filmlərə baxmaq onun zehnində cin və bu kimi şeyləri canlandırır və onun qorxusunu daha da artırır. Buna görə də bu cür filmlərə baxmağı məhdudlaşdırın.
     5. Onun digər təşvişlərini aradan qaldırın. Bəzən digər təşvişlər özünü cin və bu kimi şeylərin qorxusu şəklində büruzə verir.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev