Связаться с нами

Психология

Uşaqlara ayaqyoluna getməyi necə öyrədək?

19 Март, 2024

Uşaqlara ayaqyoluna getməyi necə öyrədək?

Ayaqyoluna getməyin öyrədilməsi üçün ən münasib fəsil yaz və yay fəsilləridir. Çünki bu fəsillərdə uşağın əynində az paltar olur və o özünü daha rahat yuya bilir. Bundan əlavə, ləyəni açıq havaya qoymaq mümkün olur. Bu iş üçün ən münasib vaxt uşağın 18-24 aylıq olduğu vaxtdır və onun qeyd edilən yaşdan əvvəl görülməsi münasib deyil.
Təlim müddəti 2 həftədən 2 aya kimi çəkir və nadir hallarda 6 aya kimi davam edə bilər.
Unutmayın ki, oğlanlar bu işi qızlardan gec öyrənirlər. Bu təlim stress yaradan məqamlarla, yəni uşağın psixoloji sıxıntıda olduğu zamanla (süddən ayrıldığı, yuxudan oyadıldığı, yaşayış yerinin dəyişdirildiyi, ailədə yeni uşağın dünyaya gəlməsindən əvvəl və ya həmin vaxt, qorxu və s.) eyni vaxta təsadüf etməməlidir. Çün ki bu vaxt uşaq psixoloji müqavimət göstərəcək və təlim lazımi nəticəni verməyəcək.

Bir neçə mühüm məsələ

  1. Uşağın fiziki hazırlığı: Bu işin həyata keçirilməsi üçün, gərək, uşağın sidik kisəsinin əzələləri bərkimiş olsun. Həmin əzələlərin zəif olmasının əlaməti uşağın paltarını az fasilələrlə islatmasıdır. Sidik kisəsinin əzələləri zəif olarsa, təlimi 5 ay təxirə salın və əgər problem 4 yaşa kimi həll olmasa, həkimə müraciət edin.
  2. Valideynin səbirli olması: Bu məsələdə valideynlərin, xüsusilə ananın təmkinli olması çox vacibdir. Əgər siz özünüz stress (psixoloji sıxıntı) içindəsinizsə, həmin təlimə başlamayın. Ayaqyoluna getməyin öyrədilməsin də tələsmək uşağın psixoloji sıxıntıya məruz qalmasına səbəb olur. Psixoloji sıxıntı təlaşlanmaya, təlaşlanma isə sidiyə getməyin tez-tez təkrarlanmasına səbəb olur. Belə olan təqdirdə də təlim təxirə düşəcək.
  3. Gücdən və təzyiq vasitələrindən istifadə etməmək: Bu məsələdə güc və təzyiq vasitələrindən əsla istifadə etməyin.

Təlimin qaydası

Öz övladınızla birlikdə bir ləyən alın və onu hamam və ya tualetin bir tərəfinə qoyun. Uşaq sizdən "bu nədir?" deyə soruşanda, ona həmin ləyəni nə üçün aldığınızı deyin. Ləyənin üstünə heyvan şəkilləri yapışdırın və ləyənin üstünə onun adını da yazaraq deyin: "Bu ləyən sənə məxsusdur".
Yaxşı olar ki, uşaq ləyəndə əvvəl paltarla otursun və bir həftədən sonra parça tumanın üstündən uşaq bezi bağlayın. Bir həftədən sonra onu kənara qoyun. Bu şərait üçün ən yaxşı şalvar geniş, rahat və rezinli şalvardır.
Təlimə əvvəlcə nəcisin ifraz edilməsinin öyrədilməsi ilə başlamaq lazımdır. Çünki bunun əvvəlcədən bildirilməsi üçün fürsət genişdir. Adətən, nəcis gün ərzində 2, ya 3 dəfə, yeməkdən və ya yuxudan sonra olur.
Uşaq belə bir işinin olmasını bildirən zaman sakit və gülərüzlə, tələsmədən ona tərəf gedin ki, sizin üçün dərdi-sər yaratdığını hiss etməsin. Çünki ola bilər, o bunu hiss edəcəyi təqdirdə dərdi-sər yaratmamaq üçün nəcisini ifraz etmək istədiyini bildirməsin.
Uşaq bunu bildirəndən sonra onu sakitcə ləyənin üstündə oturdun və ona nağıl, yaxud şeir oxuyun, ya şəkil çəkin. İstəsəniz, tüklü ayı, yaxud gəlinciyini ona verə bilərsiniz ki, başı qarışsın. Diqqət edin ki, ləyən soyuq və bərk olmasın və uşağın bədənində plastikə qarşı allergiya olmasın. Bu halda siz allergiya üçün nəzərdə tutulmuş mazlardan istifadə edə bilərsiniz.
Əgər uşaq 5 dəqiqəyə kimi nəcisini ifraz etməsə, qoyun, dursun, bir müddət sonra həmin əməli yenidən təkrar edin. Əgər ləyəndən durandan bir az sonra o, nəcis ifraz etsə, əsəbləşməyin və bunu onun tərsliyi kimi başa düşməyin. Ola bilər, onun nəcis ifrazının təxirə düşməsinə qəbizlik səbəb olub, yaxud da o bu əməli ilə diqqəti özünə cəlb etmək istəyir. Bu halda yalnız təəssüfünüzü bildirin.
Sidiyə getməyin öyrədilməsi üçün bu əməli 8-10 dəfə təkrar edin. Əgər o, 2 aya kimi öyrənməsə və müqavimət göstərsə, deməli, ana ilə güc müharibəsinə başlayıb. Odur ki , bu halda onu 4-6 həftə boşlayın, həmin müddət keçəndən sonra yenidən başlayın.

Dr. Hüseyn Dehnəvi

Статьи

03 Апрель, 2024

Yaxşı plan – sadə plandır

06 Апрель, 2024

Vaxtımızın oğruları

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri