Связаться с нами

Психология

Почему маленькие дети дерутся друг с другом во время игры? Как мы можем им помочь?

27 Май, 2025

ru - Nə üçün azyaşlı uşaqlar oynayan zaman bir-biri ilə dalaşırlar? Onlara necə kömək etmək olar?

     Azyaşlı uşaqların beyin dünyası böyüklərinkindən fərqlidir. Onlar oyun qaydalarını yaxşı dərk etmirlər, yaxud həmin qaydalar bir müddət sonra onlar üçün anlaşılmaz hala düşür. Onlar körpə olduqları üçün oyundan tez yorulurlar və bəzən uduzmağı özlərində həzm edə bilmirlər. Buna görə də azyaşlı uşaqları oynayanda tək buraxmaq olmaz. Gərək, onlar oynayan zaman onların yanında olaq ki, ehtiyac olanda onlara kömək edək və savaşmalarının qarşısını alaq.
     Siz onların oyununa nəzarət edən zaman qarşıdurma əlamətlərini görən kimi oyun qaydalarındakı anlaşılmazlıqları aradan qaldırmaqla, növbəli oyun təklif etməklə, yaxud oyunda onların hər birinin rolunu müəyyənləşdirməklə onlara kömək edə bilərsiniz.
     Tövsiyə edirik ki, sizin tədbirləriniz bir nəticə verməyəndə və onların fikrini başqa səmtə yönəltmək də mümkün olmayanda onları bir müddət (10 dəqiqə) bir-birindən ayırasınız və həmin müddət başa çatandan sonra deyəsiniz: "Ya heç oynamayacaqsınız, ya da dalaşmayacaqsınız". Uşaqlar adətən ikinci variantı seçirlər. Çünki tək oynamaq onlara elə də ləzzət vermir.
     Bəzən də uşaqların diqqətinin başqa səmtə yönəldilməsi lazım gəlir. Bir az yeməli şeyin verilməsi, meyvə şirəsi, münasib cizgi, yaxud bədii filmə baxmaq təklifi, yarış təşkil edilməsi, gözəl bir nağıl danışmaq və onların çölə gəzintiyə aparılması problemi həll edə bilər.
     Bəzən qarşıdurma və dava bəzi uşaqlar və həmyaşıdlar arasında baş verir. Təklif edirik ki, bu halda onların oynamaq müddəti və görüşlərini azalda, digər həmyaşıdları ilə əlaqələrini artırasınız.

Dok. Hüseyn Dehnəvi

Статьи

03 Апрель, 2024

Yaxşı plan – sadə plandır

06 Апрель, 2024

Vaxtımızın oğruları

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz