Связаться с нами

Психология

Oğlum ölümdən qorxur və həmişə bu barəsində suallar verir. Onunla necə davranım?

17 Сентябрь, 2024

Yeddi yaşlı oğlum ölümdən qorxur və həmişə ölüm və xəstəliklər barəsində suallar verir. Onunla necə davranım?

     Uşaqların qorxularından biri də ölüm qorxusudur və bu, uşaqlarda elə təqribən sizin övladınız olan yaşdan başlayır. Yaşı yeddidən az olan uşaqlar elə bilirlər ki, ölüm ancaq qocalar üçündür və onlar özlərinin ona məruz qala biləcəklərini düşünmürlər.
     Uşaqlarda ölüm qorxusunun əsas səbəbi qohum va ya tanışlardan birinin ölümüdür. Onlar bunu tədricən unudacaq və qorxuları da azalacaq.
     Bu qorxunun azaldılması üçün aşağıdakı məqamlara diqqət edin:
     1. Övladınızın psixoloji sıxıntılarını aradan qaldırın və onun üçün sakit mühit yaradın.
     2. O sizdən ölüm barəsində soruşanda real olmayan məsələləri danışmaqdan çəkinin.
     3. O, ölüm barəsində danışanda, sakitliyinizi qoruyun, onun sözlərinə qulaq asın və belə deyin: "İnsanların ölümü də, həyatı da Allahın əlindədir".
     4. Ona ölümdən sonrakı həyat barədə həqiqi məlumat verin.
     5. Cənnət və onda olan ilahi nemətlər barəsində çox danışın.
     6. Həyatdan məyuscasına sözlər danışmaqdan çəkinin.
     7. Müvəffəqiyyət dolu gələcək barəsində danışın.
     8. Ona öz baxış və təsəvvürünü yeniləməyi öyrədin. Belə ki, həmişə ölüm barəsində fikirləşəndə öz-özünə desin: "Uzun illər yaşayacağam".
     9. Onunla ömrün uzanmasına səbəb olan sağlam həyat tərzi (sağlam qida, tibbi müayinə, idman və s.) barəsində söhbət edin.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri