Связаться с нами

Психология

On bir yaşlı qızım məktəbdən çox qorxur

01 Сентябрь, 2024

On bir yaşlı qızım məktəbdən çox qorxur. Onunla necə davranım?

     Uşaqlarda məktəb qorxusu (school phobia), adətən, 5-7 və 11-14 yaşları arasında baş verir və onun (ürəkbulanma, iştahsızlıq, qusma, baş ağrısı, qarın sancısı, halsızlıq kimi) bir sıra əlamətləri olur. Bunlar həqiqi əlamətlərdir və uşağın özünü yalandan xəstəliyə vurması ilə əlaqəsi yoxdur.
     Məktəb qorxusunun səbəbləri aşağıdakılardan ibarətdir:
     1. Evə aid səbəblər: Valideynlər arasındakı konflikt (uşaq, o, evdə olmayanda valideynlərinin yenidən dava etmələrindən qorxur); ata-ananın tənbeh və təzyiqi (uşaq onlardan intiqam almaq istəyir); valideynin hədsiz umacaqları (uşaq məktəb və təhsildə uğursuzluğa məruz qalmaqdan və valideynlərinin arzularını həyata keçirə bilməməkdən qorxur); dərsdə geridə qalmaq (təhsili davam etdirməyə həvəsi yoxdur). Bunlar evə aid səbəblərdir.
     2. Məktəbə aid səbəblər: Dərsin öyrənilməsinə aid pozğunluqlar, müəllim və şagirdlərin onu incitmələri, xoşagəlməz iş gördüyü üçün cəzalandırılmaq qorxusu kimi səbəblər məktəbə aid səbəblərdir.
Bu problemin aradan qaldırılması üçün heç vaxt təzyiqdən istifadə etməyin, lağa qoymayın, həmyaşıdlarının çox rahat və qorxmadan məktəbə getmələrini onun üzünə vurmayın. Çalışın, problemin kökünü aram şəraitdə və gərginliksiz mülayim söhbətlə tapıb həll edəsiniz.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl