Связаться с нами

Образование детей

Uşaqlardakı həqiqət axtarışı hissinə diqqət

04 Октябрь, 2024

Uşaqlardakı həqiqət axtarışı hissinə diqqət

     Uşaq axtarış və sorğu-sual hissinə sahibdir, buna görə də, təlim və tərbiyəsində valideynlərə tövsiyə olunur ki, mümkün qədər uşaqlarının suallarına cavab versinlər və rədd etməsinlər. Diqqətsiz və nadan valideynlər 3-4 yaşlı uşağın tez-tez sual verdiyini gördükdə, bunu nadinclik hesab edib deyirlər: "Ay uşaq! Bu qədər dəcəllik etmə, az danış!". Bu, yanlış hərəkətdir. Bu sual və axtarışlar, uşaqda yeni yaranmış həqiqət axtarışı hissindən yaranır və başlayır suallar verməyə. Hətta cavab verə bilməsəniz belə, uşağı danlamaqla bu hissi onda boğmamalısınız. Bu hissi özlərində fəal saxlayanlar elə bir mərhələyə yetişirlər ki, onlar üçün həqiqətin kəşfi, başqa sözlə desək, elm əldə etməyin ləzzəti hər bir ləzzətdən üstün olur.

Şəhid Mütəhhəri, "Fitrət" kitabı, səhifə 75-77.
Tərcümə: Səriyyə Mahmudova
"Keraamat" saytına istinadən

Интервью

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev