Связаться с нами

Образование детей

İbtidai sinif şagirdi olan iki övladım evdə tək olanda özləri üçün təhlükəli hərəkətlər edirlər. Mən onlara təhlükədən qorunmaları üçün hansı məsələləri öyrədim və necə?

22 Январь, 2025

İbtidai sinif şagirdi olan iki övladım evdə tək olanda özləri üçün təhlükəli hərəkətlər edirlər. Mən onlara təhlükədən qorunmaları üçün hansı məsələləri öyrədim və necə?

     Siz, gərək, əvvəl təhlükəli hərəkətlərə zəmin yaradan şəraiti aradan qaldıra və sonra münasib üsullardan istifadə edərək onları bu cür rəftarlardan çəkindirəsiniz:
     1. Öz övladlarınızı evdə tək qoymayın. Hadisəyə zəmin yaradan səbəblərdən biri 10 yaşdan aşağı uşaqların evdə tək qalmalarıdır. Əgər onların yaşı 10-dan artıqdırsa, onları bir-biri ilə münasibətləri yaxşı olan təqdirdə evdə tək qoyun. Amma onlar daim bir-biri ilə dava edirlərsə, onların evdə tək qoyulması təhlükəlidir.
     2. Övladlarınız evdə sizsiz olan zaman onların arasında vəzifə bölgüsü aparın.
     3. Zəruri telefonları (təcili tibbi yardım, yanğınsöndürən, polis və s.) onların ixtiyarında qoymaq təhlükə yaranması şəraitini azaldır.
     4. Qohumlardan etimad edilən bir nəfərin telefon nömrəsinin bilinməsi də ehtimali təhlükələrin qarşısını ala bilər.
     Təhlükəyə zəmin yaradan səbəblərin aradan qaldırılmasından əlavə, evdə nəzarətsiz qalanda onlara aşağıdakı təhlükəsizlik qaydalarını da öyrədin:
     1. Evinizin ünvanını düz və dəqiq şəkildə onlara öyrədin ki, zəruri hallarda ünvanı təcili yardım qüvvələrinə münasib münasib yollarla və daha yaxşı versinlər.
     2. Onlara başa salın ki, qapını yadlara açmasınlar.
     3. Sobaya tərəf getməsinlər və odla oynamasınlar.
     4. Öz bacı və ya qardaşlarının əl-ayağını bağlamasınlar və oynayanda bir-birinin başına vurmasınlar.
     5. Oyun zamanı bir-birinin başına neylon kisə keçirtməsinlər, bir-birinin boynuna kəndir dolamasınlar.
     6. Pilləkənlərin üstündə oynamasınlar, pilləkənin bortunun üstündə sürüşməsinlər.
     7. Ağızlarında yemək, nabat, yaxud bərk bir şey olanda qaçmasınlar.
     8. Badam, püstə və bu kimi şeyləri göyə atıb ağızlarını açmasınlar.
     9. Puqaç (Probka atan uşaq tapançası - Tərc), oyuncaq nizə, ox və kamanı bir-birinə tuşlamasınlar.
     10. Təhlükəli fitil və alovlanan maddələrlə oynamasınlar.
     Siz nağıl və hekayə, yaxud özünüzün uşaqlıq xatirələrinizi danışmaqla oyunda iştirak edib öncə qeyd edilən təhlükələrdən qorunmağın yollarını övladlarınıza öyrədə bilərsiniz.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri