Связаться с нами

Образование детей

Uşağın həmyaşıdlar ilə davası

30 Июль, 2024

Dörd yaşlı övladım həmyaşıdları ilə dava edir və onları döyür. Onun bu hərəkəti ilə necə davranım?

     Əgər sizin övladınız bəzi həmyaşıdları ilə bu cür davranırsa, onun həmin uşaqlarla əlaqələrini kəsin və ya azaldın. Əgər əlaqələri kəsmək mümkün deyilsə, aşağıdakı üsullardan istifadə edin:
     1. Şərait yaratmamaq: Uşaqları əl işləri, şəkil çəkmək, zəka oyunları, filmə tamaşa etmək və s. kimi fəaliyyətlərlə məşğul edin ki, onların dava etməsinə və bir-birini döyməsinə şərait yaranmasın.
     2. Başqaları ilə yola getməyin öyrədilməsi: Onun həmyaşıdı rolunu oynayın və oyunun içində ona həm yaşıdları ilə düzgün və kobudluq etmədən davranış qaydasını öyrədin. Nağıldan istifadə etmək də bu qaydaların öyrədilməsində təsirli ola bilər.
     3. Ona adi vəziyyətdə daha artıq diqqət etmək: Ola bilər, onun dava etməsi və başqalarını döyməsi diqqəti özünə cəlb etmək üçündür. Buna görə də belə hərəkət etmədiyi adi vaxtlarda ona daha artıq diqqət edin ki, ehtiyacı təmin olsun.
     4. Fikrin yayındırılması üsulundan istifadə etmək: Sizin övladınız hələ ki, fikrinin yayındırılması mümkün olan yaşdadır. Buna görə də övladınızın uşaqlarla oyununa nəzarət edin və onun əsəbləşdiyini və davaya başladığını görəndə yeməli şeylə, yaxud film ilə onun fikrini yayındırın.
     5. Çəkindirici mexanizmlərdən istifadə: O, uşaqlarla dava-dalaşa başlayanda aşağıdakı üsullardan istifadə edərək onu bu işdən çəkindirə bilərsiniz:
     A. Onun çiyinlərindən tutun və gözlərinə baxaraq, qətiyyətlə "vurma!" deyin.
     B. Onları 10-15 dəqiqə bir-birindən ayırın və sonra öz övladınıza iki şeydən birini - sakit və davasız oynamağı, ya da oynamaqdan məhrum olmağını - seçmək imkanı verin. Uşaqlarda həmyaşıdları ilə oynamağa böyük maraq olduğu üçün o, sakit və davasız oynamaq yolunu seçəcək.
     C. Məhrumiyyət və cərimədən istifadə edin. Onun üçün ən münasib cərimə onun hər davaya görə həm yaşıdları ilə oynamaqdan bir gün məhrum edilməsidir.

Dr. Hüseyn Dehnəvi

Статьи

03 Апрель, 2024

Yaxşı plan – sadə plandır

06 Апрель, 2024

Vaxtımızın oğruları

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl