Связаться с нами

Образование детей

Üç yaşlı övladım 12 yaşlı qardaşını incidir

11 Август, 2024

Üç yaşlı övladım 12 yaşlı qardaşını incidir. Mən onu bu işdən necə çəkindirə bilərəm?

     Böyük uşaqların azyaşlılar tərəfindən incidilməsinin bir sıra səbəbləri var ki, həmin səbəbləri öyrənib aradan qaldırmaq lazımdır:
     1. Valideynin dolayı təşviqi: Azyaşlı uşaqlar şirin olurlar və hərəkətləri adamın xoşuna gəlir. Buna görə də onlar başqasını incidəndə həm valideyn, həm də ətrafdakılar öz sevinclərini büruzə verirlər. Bu davranış tərzi uşağın dolayısı ilə başqalarını incitməyə təşviq edilməsidir. Buna görə də başqalarını incitməsini görəndə onu bu işdən çəkindirin, həmin hərəkətinə gülməyin və üzünüzdə onun bu hərəkətindən narazı qaldığınızı ona bildirin.
     2. Ruhi əlaqənin zəifliyi: Bəzən sizin kiçik övladınız qardaşını incidir ki, siz məsələyə müdaxilə edərək onu müdafiə edəsiniz və o bu yolla sizin onu sevdiyinizi isbat etmiş olsun. Bunun səbəbi sizin onunla olan ruhi bağlılığınızın zəifliyidir. Buna görə də onunla ruhi bağlılığınızı gücləndirin.
     3. Bekarçılıq və məşğuliyyətin olmaması: Sizin kiçik övladınız bir müddət bekar olanda və heç bir məşğuliyyəti olmayanda öz enerjisini boşaltmaq üçun qardaşının yanına gedir və onu incidir. Buna görə də onun oynaması, başını qatması və fiziki fəaliyyəti üçün şərait yaradın.
     4. Hədsiz fəaliyyət: Fəaliyyətin çoxluğu yorğunluq gətirir və yorğunluq hövsələsizliyə və başqaları ilə pis davranmağa səbəb olur. Buna görə də tövsiyə edirik ki, onun fəaliyyətini tənzimləyəsiniz.

     Bir neçə tövsiyə
     A. Məsələnin kökünün tapılması və şəraitin dəyər ləndirilməsi: Onun, qardaşını incitməsinin nümunələrini yazıb qeyd edin və həmin səbəb və şəraiti aradan qaldırmağa çalışın. Məsələn, sizin yeniyetmə övladınız azyaşlı qardaşının televizora baxanda səs-küy salmasından, məktəb ləvazimatını və şəxsi əşyalarını götürməsindən, dostları ilə söhbət edən zaman söhbətə müdaxilə etməsindən, mütaliə edəndə və dərs tapşırıqlarını hazırlayanda maneçilik törətməsindən və s. narahat olur. Çalışın, bu kimi vaxtlarda azyaşlı övladınızı nəzarətdə saxlayasınız.
     B. Yeniyetmə üçün müstəqil mühitin yaradılması: Yeniyetmə övladınız üçün müstəqil və nəzarət edilə bilən bir otağın nəzərdə tutulması azyaşlı övladınızın yaratdığı narahatlıqların çoxunun qarşısını alacaq və onun, böyük qardaşını incitməsinə mane olacaq.
     C. Azyaşlı uşağın öyrədilməsi: Yaxşı olar ki, nağıl və şeirlərlə, xüsusilə heyvanların həyatından bəhs edən nağıllarla ona başqalarını incitməyin pis və xoşagəlməz bir iş olduğunu başa salasınız.
     Ç. Təşviq: Azyaşlı övladınızın qardaşını incitməsində azalma baş verdiyini görəndə onu təşviq etməyi unutmayın.

Dr. Hüseyn Dehnəvi

Семейные отношения

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri