Связаться с нами

Образование детей

Tərbiyənin Hədəfi: Allaha Bəndəlik

10 Июнь, 2025

Tərbiyənin Hədəfi: Allaha Bəndəlik

Uşaqlarımızı tərbiyə edərkən əsas hədəfimiz yalnız dərs oxumaq, yaxşı qiymətlər almaq və ya cəmiyyət qarşısında uğurlu görünmək olmamalıdır. Əsl və dəyişməz hədəf Allaha bəndəlik olmalıdır.
Əgər bu hədəf möhkəm şəkildə qoyularsa, digər işlər – dərs oxumaq, elm qazanmaq, əxlaqlı olmaq – bu əsasın üzərində sağlam şəkildə formalaşar. Amma əgər bu əsas olmazsa, hətta Quran əzbərləmək belə bəndəlik ruhundan uzaq bir məqsədə – təkcə cəmiyyətə göstərmək və ya öyünmək üçün – çevrilə bilər.
Bu gün Quran hafizi olan, lakin Quranla əlaqəsi qopmuş nə qədər gənc var?! Çünki bu yolda niyyət düzgün qoyulmayıb. Onlar Allah rizasını deyil, başqalarının alqışını hədəf alıblar.
Tərbiyənin kökü niyyətdədir. Əgər niyyət Allaha yaxınlıqdırsa, hər bir əməl ibadətə çevrilər. Əgər bu niyyət yoxdursa, ibadət görkəmində olan əməl belə, insanı Allahdan uzaqlaşdırar.

Muhsin Abbasivələdi
Tərcümə: Səriyyə Mahmudova
"Keraamat" saytına istinadən

Социология

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar