Связаться с нами

Образование детей

Doqquz yaşında olan uşaq gün ərzində nə qədər oynamalıdır ki, dərslərinə də zərər gəlməsin?

25 Сентябрь, 2024

Doqquz yaşında olan uşaq gün ərzində nə qədər oynamalıdır ki, dərslərinə də zərər gəlməsin?

     Yeddi yaşdan aşağı olan uşağın oynamasında heç bir məhdudiyyət yoxdur. Həzrət Məhəmməd peyğəmbər (s) buyurub:
     "Övladını yeddi yaşına kimi boşla, qoy oynasın".
     Lakin doqquz yaşlı uşağın oynama müddəti məhdudlaşdırılmalıdır. Əlbəttə bu məhdudiyyət şəraitdən (uşaqların fərqli fərdi xüsusiyyətlərindən ) asılıdır. Bəzi uşaqların potensialı və gizli qüvvəsi çoxdur və buna görə də onların oyuna daha çox ehtiyacı var. Bəzi uşaqlar yeddi yaşdan qabaq rəsmi təlimlərə cəlb edilirlər və bu onların oynamaq baxımından qənaətbəxş miqdarda təmin olmamalarına səbəb olur. Buna görə də onların həmin məhdudiyyətlərin yerinin doldurulması üçün yeddi yaşdan sonra oyuna daha çox ehtiyacı olur. Bacı və qardaşı olan uşaqlar bir-biri ilə ünsiyyətdə olduqları üçün bu baxımdan ailənin tək övladı olan uşaqlardan daha çox doyurlar. Buna görə də onlar daha tez ehtiyacsızlıq hiss edirlər.
     Uşaqlar arasındakı bu fərdi fərqləri nəzərə alaraq doqquz yaşlı uşaqların oynaması üçün konkret miqdar müəyyənləşdirmək mümkün deyil. Ümumilikdə (valideynlərin çaş-başlıqdan çıxmaları üçün) uşağın boş vaxtının beşdə birini təklif etmək olar. Yəni uşağın məktəbdə olduğu və yatdığı vaxtı çıxanda onun təqribən on saat boş vaxtı olur ki, o, həmin vaxtın iki saatını oyun oynaya, qalanını isə dərslərini hazırlamağa, bədii kurslara, idmana, televizora, nağıla, qonaqlığa, şəxsi təmizlik işlərinə və s. sərf edə bilər.

Dr. Hüseyn Dehnəvi

Отношения мужчины и женщины

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev