Связаться с нами

Образование детей

Məsuliyyət hissi yaratmaq və maneələr

07 Декабрь, 2024

Uşaqlarda məsuliyyət hissi yaratmaq yolunda hansı maneələr var və onları aradan necə qaldırmaq olar?

     Uşaqlarda məsuliyyət hissi yaratmağa mane olan amillər aşağıdakılardan ibarətdir:
     1. Valideynin uşağın məsuliyyətini öz öhdəsinə götürməsi: Məktəbə hazırlaşmaq, tapşırıqların yerinə yetirilməsi, asudə vaxtın səmərəli keçirilməsi, şəxsi işlərin görülməsi, yemək yemək və bu kimi işlərin məsuliyyəti uşağın öz boynundadır və əgər bunları uşagn əvəzinə, valideyn yerinə yetirsə, uşağın məsuliyyət hiss etməsinə mane olacaq.
     Valideyn yalnız nəzarət və ehtiyac olanda kömək etməlidir. Uşağa dərs tapşırıqlarının yerinə yetirilməsində birbaşa kömək etmək onun zehnində özünün bu işi təkbaşına görmək qüdrətinə malik olmaması təsəvvürü yarada bilər.
     2. Uşağa müstəqilliyin verilməməsi: Övladınızın məsuliyyət hiss etməsi üçün, gərək, ona müstəqillik - əlbəttə, məntiqi və nəzarət altında olan bir müstəqillik verəsiniz. Müstəqilliklə məsuliyyət hissi arasında sıx bağlılıq var. Əgər siz övladınıza məsuliyyətli iş tapşırsanız, lakin qərar qəbul etməkdə müstəqillik verməsəniz, o, məsuliyyət hiss edə bilməz. Həmçinin əgər müstəqillik versəniz, lakin o, məsuliyyət hiss etməsə, gərək, xoşagəlməz hadisənin baş verməsini gözləyəsiniz.
     3. Uşaqla valideyn arasında gərginlik yaranması qorxusu: Bəzən valideynlə uşaq arasında gərginlik yaranması qorxusu onun məsuliyyətdən azad edilməsinə və "mənə bu işi özümün görməyim daha rahatdır" düşüncəsinin ardınca gedilməsinə səbəb olur. Bu davranış uşağın məsuliyyət hiss etmək imkanını əlindən alır və onu gələcəkdə bir sıra zərər-ziyanlara düçar edir.
     4. Uşağın tənqid edilməsi və danlanması: Əgər uşağın həyatı tənqid və danlaq ilə keçsə, o, məsuliyyət hiss etməyi öyrənməyəcək.
     5. Uşağın işləri ləng yerinə yetirməsi: Bəzi uşaqlar işləri o qədər ləng yerinə yetirirlər ki, valideyn işi onlardan alır və özü görür. Uşaqlarda cəldlik yaratmaq üçün rekord ölçmək oyunundan istifadə edin.
     6. İşlərin yarımçıq yerinə yetirilməsi: Bəzi uşaq və yeniyetmələr boyunlarına qoyulmuş məsuliyyəti naqis yerinə yetirirlər və bu, valideyn və ya müəllimin onun işini başqasına tapşırmasına, yaxud özü yerinə yetirməsinə səbəb olur. Bu problemin aradan qaldırılması üçün həmin işi kiçik hissələrə bölün.
     7. Uşağın işi başdansovdu yerinə yetirməsi: Bəzi uşaqlar işləri başdansovdu yerinə yetirirlər. Məsələn, otağı təmizləmək əvəzinə, bütün əşyaları çarpayının altında, yaxud komodun içində, yaxud başqa yerlərdə gizlədir. Bu halda o, işi sizin nəzarətiniz altında görməlidir.
     8. Uşaqdan işi namünasib vaxtda yerinə yetirməyi tələb etmək: Övladınızdan məsuliyyətli işi yerinə yetirməsini münasib vaxtda tələb edin. Təbii ki, o, televizorda maraqlı filmə tamaşa edəndə, yaxud həmyaşıdları ilə futbol oynayanda öhdəsinə qoyulmuş işi yerinə yetirməyə maraq göstərməyəcək.
     9. Valideynin ardıcıl xəbərdarlıqları: Ardıcıl xəbərdarlıq etməkdən çəkinin. Övladınıza bir dəfə xəbərdarlıq edin və ona həmin xəbərdarlığı təhlil etmək üçün fürsət verin.
     10. Valideynin təftiş və nəzarətinin olmaması: Tapşırılmış işlərin uşaqlar tərəfindən yerinə yetirilməsinə əmin olmaq üçün valideynin müntəzəm və davamlı təftiş aparması zəruridir.

Dr. Hüseyn Dehnəvi

Семейные отношения

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl