- Hər biriniz dişlərinizi təmizləyərkən sağ əlinizdən istifadə edirsiniz. Lakin bu prosesi sol əlinizlə edin;
- Bu metodu rəsm çəkəndə də istifadə edə bilərsiniz. Belə ki, rəsm çəkərkən passiv olan əlinizdən istifadə edin;
- Bir çox insan xarici filmləri xarici dildə deyil də, öz dilinə tərcümə edilmiş şəkildə izləməyi üstün tutur. Xarici filmləri altyazıları ilə izləyin.
- Müvazinətinizi qorumağı öyrənin;
- Hər hansı bir yerə gedərkən həmişə eyni yoldan getməyin. Mənzil başına çatmaq üçün müxtəlif yollardan istifadə edin.
- Mozart effekti: “Bunun beynimizə nə kimi xeyri var?”. Əminəm ki, hər biriniz belə düşünürsünüz. Gəlin bu metodun necə işlədiyinə nəzər yetirək. Belə ki, musiqiyə qulaq asmaq beynin məhsuldarlığını 15% artırır və bunun üçün iş günündən 20-30 dəqiqə öncə Mozartın musiqilərinə qulaq asın. Bu sizi rahatladır və bədəninizin bioritmlərini tənzimləyir.
- Yaddaşı inkişaf etdirmək üçün olan oyunlar: Bunun üçün ən yaxşı oyun nərddir. İnsan nərd oynayarkən orada olan məlumatları yadda saxlamağa məcbur olur ki, bu da birbaşa yaddaşın inkişafına şərait yaradır. Lakin burada nərdi hamımızın bildiyi qaydada dostlarınızla oynamaqdan əlavə, aşağıdakı formada oynamaq nəzərdə tutulur:
- İntelektual oyunlar: İntelektual oyunlar adından da göründüyü kimi insanın məntiqinin və strateji düşünməsinin inkişafına şərait yaradır. Bura şahmat, domino və s. aid ola bilər. Belə ki, bu oyunları oynayarkən beyin 10% daha sürətli düşünəcək. “Bəs bu oyunları necə və neçə müddət oynayaq?” – yəqin ki, məqaləni oxuyarkən sizdə yaranan növbəti sual budur. Oyunları həftədə 2-3 dəfə oynayın və oyunların çətinlik səviyyəsini gün keçdikcə daha da artırın.
- Yuxu: Gəldik əsas məsələyə. İnsan beyninin normal işləməsi üçün 7-8 saat yuxuya ehtiyacı vardır. Bu zaman otağın qaranlıq və ya işıqlı olması da çox mühüm rol oynayır. Belə ki, qaranlıq otaqda yatmaq yatarkən bədəni tənzimləyən melatoninin yaranmasına şərait yaradır. Yatarkən otağın işıqlı olması isə cortisol adlı stress hormonu meydana gətirir ki, bu hormon yuxunun keyfiyyətini azaltmaqla bərabər iştahın azalmasına və depressiyaya düşməyə şərait yaradır. Siz qaranlıq otaqda yatarkən beyniniz 30% daha sürətli işləyəcək.
- Qidalar: Beynin inkişafı üçün yuxarıda sadaladığımız idman və oyunlardan başqa müəyyən qidalar da vardır. Bu qidalara balıq, acı şokolad, pendir, zeytun yağı, turp, soya, sarımsaq, incir, ispanaq, banan, alma soku və bildirçin yumurtası aiddir.
- Vitamin kokteyli: C, D və B kompleksi olan vitaminlər beyni 10% inkişaf etdirir. Gəlin bu vitaminlərin hansı qidalarda olduğunu qısa xatırlayaq: Vitamin C meyvələrdə, Vitamin B qoz, fındıq və paxlılarda, Vitamin D xamada, toyuq yumurtasında və qaraciyərdə vardır.
- Sağlamlığınızı kontrol altında saxlayın: Əgər beyninizdə şəkər və xorestrol səviyəyəsi normaldırsa, beyniniz normal olaraq inkişaf edəcək. Bunun üçün isə mütəmadi olaraq həkiminizlə əlaqə saxlayın və müayinə olun.
- Oxumaq: Ən mühüm məsələlərdən biri kitab oxumaqdır. Kitab oxumaq analitik düşüncəni, söz bazasını 15% artırır. “Hansı kitabları oxumaq lazımdır?” deyə düşünürsünüzsə, məqaləni sona qədər oxuyun.
- Fiziki idmanlar: Gündəlik idman etmək bədəndə qan dövranını tənzimləyir və beyni oksigenlə daha rahat təmin edir. Bunun üçün hər 2-3 gündə bir 20 dəqiqə idman etmək kifayətdir.
- Yeni dostluqlar: Yeni dostluqların qurulması sizə adi və xeyirsiz gələ bilər. Lakin bu zaman beynimiz yeni məlumatlar və biliklər əldə edərək öz məhsuldarlığını 10% artırır. Lakin burada başqa məqamlara da diqqət yetirmək lazımdır.
- Negativ insanlarla ünsiyyətdən uzaq olun;
- Hər gün ayrı-ayrı insanlarla ünsiyyət qurun;
- Ünsiyyət qurarkən qarşı tərəfi düzgün seçin;
- Müxtəlif mövzular haqqında danışın.