Oyun uşağın emosional-psixoloji problemlərini necə aradan qaldıra bilər?
11 Февраль, 2025
Oyun uşağın emosional-psixoloji problemlərini necə aradan qaldıra bilər?
Oyun uşaqların emosional-psixoloji problemlərinin, o cümlədən qəzəb, qorxu və iztirabının aradan qalxması üçün çox mühüm vasitədir.
Oyunların çoxu uşağın emosiyalarının boşalmasına səbəb olur və onun qəzəbini azaldır. Sizin övladınız yaxşı qəhrəman rolunda zahir olub, şər varlıq ilə mübarizə aparanda əslində öz qəzəbini tənzimləyir.
O, qulyabanı rolunu oynayanda əslində özünün qulyabanıdan olan qorxusunu azaldır. O, oyunda şücaətli şəxs rolunu oynamaq, pislik və çirkinliklərlə mübarizə aparmaqla daxili təşvişinə qalib gəlir.
Övladınız həkim oyununda öz gəlinciyini müayinə edib ona iynə vuranda özünün həkim və iynəyə olan qorxusunu azaldır. O, oğrudan qorxanda polis, alovdan qorxanda yanğınsöndürən rolunu oynayır.
Pilləkəndən yıxılmaqdan qorxan yeni ayaq açmış uşaq oynamaqla (pilləkəndən yuxarı qalxıb aşağı düşməklə) özünün yıxılmaq qorxusunu aradan qaldırmağa çalışır.
Uşaq oyunda hadisələrin başvermə səbəblərini dərk edir və bu məlumatlanmanın özü qorxunun azalma amilidir. Məsələn, o, iynə ilə şarı partladanda başa düşür ki, şarın deşilməsi və partlaması səs ilə birgə olur. Buna görə də o bundan sonra səslərdən az qorxur. Valideynlər də övladları ilə oynamaqla onların emosional-psixoloji problemlərinin, o cümlədən qorxularının azalmasında mühüm rol oynaya bilərlər.
Dr. Hüseyn Dehnəvi