Tərbiyənin zərurətləri:
Bu ayədə Allah buyurur ki, özünüzü və ailənizi oddan (cəhənnəm odundan) və ilahi əzabdan xilas edin.
İstər tələbə, istər məzun, istərsə də müəllimə xanımlar, sizə deməliyəm ki, "biz universitet müəlliməsiyik, səhər tezdən evdən çıxırıq və uşaqlarımıza vaxt ayırmağa imkanımız yoxdur" deməyin. Qətiyyən uşaqlarınızı öz başına buraxmayın. Bu islami təlim-tərbiyə deyil.
Bəzən qardaşların da o qədər çox işi olur ki, övladlarına vaxt ayıra bilmirlər. Gördüyünüz bu işlər ailə vəzifələrini boynunuzdan götürmür, övlad tərbiyələndirmək vəzifəsi hər ikinizin öhdəsindədir.
Həzrət Peyğəmbər (s) övlad tərbiyəsini digərlərinə öyrətmək üçün imam Həsən (ə) və imam Hüseynin (ə) tərbiyəsi ilə məşğul olardı.
Ayətullah Məhdəvi Kəni, Dəvazdəh Goftar kitabından.
Mənbə: keraamat.ir