Child education

Altı yaşlı oğlum çox nadinclik edir. Onunla neca davranım?

06 October, 2024

Altı yaşlı oğlum çox nadinclik edir. Onunla neca davranım?

     Uşaqların nadincliyi müəyyən qədər təbii və onların yaşının tələbidir. Əksər hallarda nadincliyin çox hissəsi valideynlərin həssaslıq göstərmələri səbəbindən yaranır və uşaqların diqqəti özünə cəlb etmək ehtiyacı onları bu işə sövq edir. Buna görə də tövsiyə edirik ki, təhlükə yaratmayan və sizə ciddi zərər vurmayan nadincliklər müqabilində həssaslıq göstərməyin.
     Bu ruhiyyəyə malik uşaqlara çox göz qoymaq lazımdır ki, özləri və başqaları üçün ciddi təhlükə yaratmasınlar və zərər vurmasınlar. Əlbəttə, ona göz qoyulması çox ciddi və qeyri-adi olmamalıdır. Çünki nəzarətin çox olması iztirab yaradır və onun özünəinam hissini əlindən alır.

     Bir neçə tövsiyə
     1. Elektrik avadanlıqlarını və təhlükəli əşyaları əl altından götürməklə təhlükə yaranması şəraitini aradan qaldırın. Əlbəttə, bu avadanlıqları uşaq nadinclik edən də götürməyin. Çünki bu halda o, daha da hərisləşəcək.
     "İnsan çəkindirildiyi şeyə daha həris olur".
     Ciddi təhlükə ehtimalı olan hallarda əvvəl "fikri yayındırma" üsulundan istifadə edin və əgər təsiri olmasa, heç bir söz demədən fiziki şəkildə təhlükəli avadanlığı ondan alın.
     2. Nadinclik edəndə onu tənbeh və təhdid etməyin. Qışqır-bağır salmaq və ardıcıl qadağalar da təsirli deyil. Ona iki məntiqi seçimdən - məsələn, nadinclikdən - əl çəkməklə otağı tərk etməkdən, yaxud elektrik avadanlığına əl vurmamaqla otaqdan çölə çıxmaq arasında ikisindən birini seçmək ixtiyarı verin. Bu davranış tərzi uşaqda əməkdaşlıq ruhu formalaşdırmaqdan əlavə, onun nadincliyini də azaldır. Çünki siz öz övladınıza seçim ixtiyarı vermisiniz. Əlbəttə, unutmayın ki, seçimin hər iki tərəfi məntiqi olmalıdır. Buna görə də ondan nadinclik etməməklə yatmaq arasında seçim etməsini istəməyin. Çünki o ikinci seçimi etməyəcək və nadincliyini davam etdirəcək.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz