Sociology

Uşaqlarda məsuliyyət hissini gücləndirən amillər

02 December, 2024

Uşaqlarda məsuliyyət hissini gücləndirən amillər vardırmı?

     Bəli, aşağıda qeyd edilən amillər uşaqlarda məsuliyyət hissini gücləndirə bilər:
     1. Proqram hazırlamaq məsuliyyət hissinin gücləndirilməsində və onun yerinə yetirilməsinin davam etməsində çox mühüm amildir. Çünki işlərin müəyyənləşdirilmiş vaxtda yerinə yetirilməsi uşağın yadda saxlamaq qüdrətini artırır.
     2. (Komod, rəf, paltar şkafı və s. kimi) lazımi şəraitin olması məsuliyyət hissini gücləndirir.
     3. "Oyuncaqlar xarab edilməməlidir", "çiməndən sonra hamamı təmizləmək lazımdır", "paltarlar aılsqandan asılmalıdır" və bu kimi qaydaların müəyyəmləşdirilməsi, bu hissin gücləndirilməsinə müsbət təsir göstərir.
     4. Uşaqların üzərinə qoyulmuş məsuliyyətlərin azılaraq onların gözü qarşısından asılması məsuliyyətin azalmasına və onların həmin vəzifələrə əhəmiyyət verməmələrinə mane olur.
     5. Uşaqların məşqə ehtiyacı var. Buna görə də məsuliyyətlərin təsbit olması üçün onları bir neçə dəfə təkrar etmək lazımdır.
     6. Vəzifələrini yerinə yetirən zaman övladınızı tərifləyərək təşviq edin. Onun tapşırılmış məsuliyyətli işin öhdəsindən gəlməsində ən azı iki müsbət cəhət tapın və onu mükafatlandırın. Mükafatın heç də həmişə maddi olması vacib deyil. Övladınıza vaxt ayırmaq, diqqət və qayğı göstərmək, dərdinə şərik çıxmaq və xoş rəftar da mükafat sayılır.
     7. Mənaların əlaqələndirilməsi üsulundan istifadə etmək uşağın məsuliyyət hissini gücləndirir. Yəni ona tapşırılmış məsuliyyəti xoş bir xatirə ilə yoldaş edin ki, uşaq həmişə öhdəsinə qoyulmuş vəzifəni yerinə yetirəndə həmin xatirənin şirinliyi yadına düşsün və onun həmin məsuliyyətin davam etməsinə marağı daha da artsın.
     8. Xeyriyyəçilik və könüllü ictimai işlərin görülməsi, şəhər, dağ və digər yerlərin təmizlənməsi kimi ictimai layihələrdə iştirak etmək uşaqların məsuliyyət hissinin güclənməsində rol oynayan mühüm amildir.
     9. Övladınızın ekskursiyalarda, məktəbin kütləvi tədbirlərində iştirak etməsinə şərait yaradın. Bu cür fəaliyyətlər onun daha çox məsuliyyət hiss etməsinə səbəb olur.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz