
Övladlarınızı əzizləyin
Həzrət Peyğəmbərə (s) nisbət verilən kəlamlarda qeyd olunmuşdur ki, övladlarınızı əzizləyin. Bu sözdə məqsəd o deyil ki, kimsə övladının ayağına qalxsın, məqsəd övladlarınıza şəxsiyyət verin və onların insaniyyət məqamlarına hörmət edin deməkdir. Onu da hamı kimi düşünün. Bəzən məclisdə hamıya bir meyvə qabı olur, amma uşağın qarşısında heç nə olmur; ya hamıya çay və ya şirniyyat təklif edirlər, amma uşağa yox; ya da avtobusa, taksiyə minirlər, ona müstəqil oturacaq almırlar və uşağın sabit oturacağı olmur. Onun bu diqqətə hamıdan çox ehtiyacı var. Rəvayətdə nəzərdə tutulan uşağa şəxsiyyət vermək və onu nəzərə almaqdır.
Məhəmmədbaqir Baqiri
Tərcümə: Səriyyə Mahmudova
"Keraamat" saytına istinadən