Sociology

Körpələrin hər hansı bir xoşagəlməz hadisəyə məruz qalmamaları üçün hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?

22 December, 2024

Körpələrin hər hansı bir xoşagəlməz hadisəyə məruz qalmamaları üçün hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?

     Evdə hadisə və təhlükələrin qarşısını almaq üçün aşağıda qeyd edilən təhlükəsizlik qaydalarına diqqət edin:
     1. Düymə, dənli bitkilər (noxud, lobya və s.), fındıq, püstə, nabat, saxsı parçası, hisə verilmiş qarğıdalı, meyvə (albalı, şaftali və s.) tumu, xırda pul, təsbeh dənəsi, sancaq, iynə, mismar, diş çöpü, xırda sümük və s. kimi xırda əşyalar uşağın boğazına gedə və onu boğa bilər. Bəzən də uşaq bunları qulaq və ya burnuna soxur. (Həmin əşyaların çoxu uşağın bağırsaqlarından keçərək nəcis ilə xaric olur. Lakin iynə, sancaq, diş çöpü, mismar və xırda sümük kimi şeylər xaric olmur.) Bütün bunları nəzərə alaraq onları uşağın əli altından yığışdırmaq lazımdır.
     2. Xırda əşyaların yığışdırılması üçün evin müntəzəm şəkildə süpürülməsi.
     3. Karandaş, qələm və sairə iti uclu ləvazimatların əl altından götürülməsi.
     4. Pilləkan və uşaqlar üçün təhlükəli olan otaqlara təhlükəsizlik qapılarının qoyulması.
     5. Pəncərə, terras və ya balkonun məhəccər və barmaqlıqla bağlanması.
     6. Balkon, pilləkənin üstü və digər təhlükəli yerlərə açılan qapıların açarla bağlanması.
     7. Neft məhsulları, boya, xüsusilə qurğuşun tərkibli boyaların, ayaqqabı mazı, alışqan qazı, həşərat dərmanı, spirt, təmizləyici maddələr, şüşə və güzgü təmizləyicisi, parıldadıcı yağlar, borunun yolunu açan məhlullar, bitki ziyanvericilərinə qarşı işlədilən dərmanlar, siqaret və tənbəki, dərmanlar, siçan zəhəri, kosmetika və sairənin əl altından götürülməsi.
     8. Həşərat dərmanlarından istifadə edəndən sonra evin dərhal süpürülməsi. Çünki uşaqlar (xüsusilə 1 yaşdan aşağı uşaqlar) ölmüş milçək və həşəratları da ağızlarına qoyurlar.
     9. Külqabı və onun içində olan tullantılara diqqət etmək.
     10. Elektrik naqillərinə diqqət və imkan daxilində onların gizlədilməsi. Çünki övladınız onları ağzına soxub çeynəyə bilər.
     11. Elektrik drelləri, qayçı, elektrik mişarı, isti ütü, ventilyator və s. qorunması (uşaqlar böyüklərə aid avadanlıqlara çox maraq göstərir və həmin avadanlıqlardan böyüklər kimi istifadə etmək istəyirlər).
     12. Tikiş işlərini sona çatdırdıqdan sonra tikiş qutusunun dərhal yığışdırılması (tikiş qutusunda olan ləvazimatın çoxu xırda və iti olur).
     13. Sınıq şüşələrin ağzıaçıq tənəkə qutulara, üzqırxan ülgücün isə ağzıbağlı qablara qoyulması.
     14. Körpənin divan və ya çarpayıda yatızdırılmaması, hətta əgər onu balış və ya mütəkkə ilə qorusanız belə.
     15. Uşağın başının altına iki yaşından qabaq yumşaq balışın qoyulmaması (çünki onun boğulmaq ehtimalı var).

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev