Sociology

Dörd yaşlı övladımı evdən kənarda qorumaq üçün nə edim?

20 January, 2025

Dörd yaşlı övladımı evdən kənarda qorumaq üçün nə edim?

     Övladınızın təhlükəli hadisələrdən amanda qalması üçün, gərək, onu evdən kənardakı təhlükələr barəsində məlumatlandırasınız. Əlbəttə, təhlükələrin öyrədilməsində ifrata varmayın. Çünki o, mühitdən təlaşlana bilər. Təhlükəli hadisələrin bütün xırdalıqlarının ona deyilməsinə ehtiyac yoxdur. Siz onu məlumatlandırmaqdan əlavə, aşağıdakı məqamlara da diqqət etməlisiniz:
     1. Küçədə onun əlini buraxmayın. Beş yaşına kimi uşaqlara arxayın olmaq olmaz. Əlinizdə bir şey varsa, ona başa salın ki, paltarınızın bir hissəsindən yapışsın. Bəzən piyada yolunda onun əlinin buraxılmasının - əl bəttə, hadisə zamanı onu qoruya bilmək imkanına malik olmaq şərti ilə - eybi yoxdur.
     2. Avtomobilin qapısını örtəndə onun incə və kiçik barmaqlarından muğayat olun.
     3. Azyaşlı övladınızı heç vaxt avtomobildə tək qoymayın.
     4. Parka gedəndə onun oyun avadanlıqlarına, xüsusilə (başqalan orada yellənəndə) yelləncək və bu qəbildən olan oyuncaqlara tərəf getməsinə göz qoyun. Çünki onların uşağın baş və bədəninə dəyməsi ehtimalı var.
     5. Dağ, çöl, meşə və təbiət qoynuna gedəndə zibil, iti əşyalar, təhlükəli sınıq şeylərdən ehtiyatlı olun və əgər o, qumla oynayırsa, onun içində heyvan peyininin olmamasına diqqət edin.
     6. Uşaq hovuza gedəndə onun belinə hətta üzməyi öyrənmiş olsa belə, hava kisələri bağlayın.
     7. Övladınızın tanış olmayan heyvanlara yaxınlaşmasının qarşısını alın. Diqqətli olun ki, övladınız at, ulaq, pişik və it kimi heyvanlara yemək yedikləri vaxt, yaxud yatanda və ya öz balalarını qoruduqları zaman yaxınlaşmasın. Çünki bu vaxtlarda həmin heyvanların ona təpik atması, dişləməsi, caynaqlaması ehtimalı var.

     Daha kiçik uşaqlar barəsində öncə qeyd edilənlərdən əlavə, aşağıdakılara da diqqət edin:
     1. Əgər təkərli uşaq arabasından istifadə edirsinizsə, muğayat olun ki, övladınız ondan yıxılmasın və onun kəmərini bağlayın. Arabanı saxlayanda onun tormozlarını çəkin (onun təkərlərini bağlayın ki, hərək etməsin və hadisə baş verməsin).
     2. Şəxsi avtomobildən istifadə edəndə mütləq yeni ayaq açmış övladınızı xüsusi uşaq oturacağında oturdun. Onu boş buraxmayın, qucağınızda da oturtmayın. Yaddan çıxarmayın ki, xüsusi uşaq oturacağı 20 kiloqramdan artıq yük götürə bilmir. Avtomobilin qapılarının bağlanmasını da nəzərdən qaçırmayın.

Dr. Hüseyn Dehnəvi

Male and female relationships

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev