Psychology

Üç yaşlı qızım barmağını sorur

24 September, 2024

Üç yaşlı qızım barmağını sorur. Bunun səbəbi nədir və mənim onu bu işdən çəkindirməyimə ehtiyac varmı?

     Uşağın barmaq sorması təbiidir. Araşdırmalardan belə məlum olur ki, uşaq bəzən ana bətnində də barmağını sorur. Bu rəftarın səbəbi südəmərin sormağa fitri ehtiyacıdır. Əlbəttə, bu ehtiyac uşaqların hamısında eyni cür olmur. Altı aya kimi bunun səbəbi körpənin ac olması və əmməkdən doymamasıdır.
     Altı aydan sonra isə uşaq barmağını rahatlıq tapmaq üçün sorur. Çünki o, ana bətnindən xarici dünyaya gəlib və bu iki mühit arasındakı uyuşmazlıq səbəbindən o, bir müddət ruhi sıxıntı içində olur.
     Sizin üç yaşlı övladınızın barmağını sormasının səbəbləri bunlardır:
     1. Ana südündən istifadə etməmək: Ola bilər, o, körpəlikdə ana südündən tam şəkildə istifadə etməyib.
     2. Təskinlik və sakitləşmək: O bu əməli ilə özünün körpəlik dövrünün xoş xatirələrini canlandırır və təsəlli tapır. Əgər son dövrlərdə Allah sizə yeni övlad veribsə, bu səbəb daha da aktuallaşır.
     3. Narahat ailə mühiti: Ailə mühitində olan narahatlıqdan (valideynlər arasındakı konflikdən, ətrafdakıların verdikləri əzab-əziyyətdən və s.) yaranan psixoloji sıxıntılar da uşağın barmağını sormasına səbəb olan amillərdən ola bilər.
     4. Utancaqlıq: Utancaq uşaqlar öz yaşıdlarının kollektiv oyun oynamalarını və fəaliyyət göstərmələrini görəndə və özü utancaqlıq səbəbindən həmin fəaliyyətlərdə iştirak edə bilməyəndə barmaqlarını sormağa başlayırlar.

     Bir neçə tövsiyə
     A. Öz övladınıza çox diqqət edin və onların ehtiyaclarını təmin edin. Qucaqlamaq, söhbət etmək, mahnı oxumaq, oynamaq və s. daha artıq diqqətin əlamətləridir.
     B. Bu məsələyə çox həssaslıq göstərməyin. Çünki bu, diqqəti özünə cəlb etmək üçün ola və ya onu inadkarlığa sövq edə bilər.
     C. Onu döyməyin (xüsusən də bu işə görə) və onunla kobud davranmayın.
     Ç. Onu fiziki cəza vermək və ya məhəbbət göstərməməklə hədələməyin.
     D. Barmağa istiot vurulması və ya onun bint ilə bağlanması elə də bəyənilən iş deyil.
     E. Onun başını oyuncaqla qatın ki, əlləri işlə məşğul olsun və əlini ağzına az apara bilsin. Çalışın, bu işi öncə qeyd edilən yollardan istifadə etməklə tərk etdirəsiniz. Çünki o, uşaq bağçasında, hazırlıq qrupunda həmyaşıdları tərəfindən lağa qoyulacaq və uşaq üçün mənfi psixoloji nəticələr verəcək. Bundan əlavə, barmağın uzun müddət sorması dişlərə və uşağın danışığına mənfi təsir göstərir və o, yeməyi çeynəməkdə problemlə üzləşir.
     Yaddan çıxarmayın ki, uşaqların 50 faizi beş, qalanları isə səkkiz yaşına kimi bu işi tərgidirlər və bu əməl çox az sayda uşaqda bu yaşlardan sonra davam edir.

Dr. Hüseyn Dehnəvi

Interview

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl