Psychology

Övladım səhərlər yuxudan çətin durur. Bunun səbəbi nədir?

16 July, 2024

Yeddi yaşlı övladım səhərlər yuxudan çətin durur. Bunun səbəbi nədir?

     Uşaqların ciddi problemlərindən biri səhər problemləri, xüsusilə yuxudan gec oyanmaqdır. Bu problem həm uşağın özü, həm də valideyn üçün gərginlik və psixoloji sıxıntılar yaradır və onların fəaliyyətinə mənfi təsir göstərir. Bu problemi həll etmək üçün, gərək, onun səbəbini tapa və onları aradan qaldırasınız:
     1. Yuxu azlığı: Uşağın vaxtında yatması üçün proqram hazırlayın ki, onun yuxu azlığı olmasın. Onun yuxuya olan ehtiyacının dərəcəsini müəyyənləşdirmək üçün onu bir neçə gün-səhər rahat oyandığını görənə kimi-axşamlar tez yatırdın.
     Uşağın vaxtında yatması üçün aşağıdakı üsullardan istifadə edin:
     A. Dərs proqramının hazırlanması: Uşağın özü ilə məsləhətləşərək onun dərs oxuması və məktəb tapşırıqlarını hazırlaması üçün proqram hazırlayın ki, onun bu işləri gecəyə qalmasın və yatmaq vaxtını gecikdirməsin.
     B. Gecə proqramı: Maraqlı gecə proqramı onu vaxtında yatmağa həvəsləndirir.
     C. Valideynin vaxtında yatması: Əgər ailə üzvlərinin hamısı vaxtında yatsa, uşaqlar da rahat yatar. Təbii ki, televizorun, ata-ananın danışıb gülmək səsi uşağın yatmasını çətinləşdirir. Valideynlərin yuxusunun müddəti uşaqlarınkından az olduğu üçün onlar səhərlər tez dura və öz işlərini görə bilərlər.
     2. Qida rejimi: Soyuq qidalar, çoxlu su içmək, şirin yemək, axşam ağır yemək, axşam yeməyini yatmamışdan qabaq yemək uşağın səhər yuxudan çətin oyanmasına səbəb olur.
     3. Məktəbə getməyə həvəssizlik: Bəzən uşaqda məktəbə getməyə həvəs olmadığı üçün onda yuxudan durmağa maraq olmur. Müəllim, həmyaşıdlar və məktəb mühitindən qaynaqlanması ehtimalı olan bu həvəssizliyin səbəblərini araşdıraraq problemi həll edin.
     4. Tibbi səbəblər: Uşaq bəzən halsızlıq, bədəninin süstlüyü kimi səbəblərdən yuxudan çətinliklə oyanır. Bu halsızlıq və süstlüyün tibbi səbəbləri (qara ciyərin yaxşı işləməməsi, böyrəyin çirk etməsi, vərəm, qara ciyərin şişməsi, hormon pozğunluğu) ola bilər. Odur ki, mütəxəssisə müraciət etmək lazımdır.

Dr. Hüseyn Dehnəvi

Interview

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev