Psychology

On iki yaşlı oğlum çox unutqandır və məktəb ləvazimatlarını gah evdə, gah da məktəbdə qoyur. Bu problemin həll yolu varmı?

14 July, 2025

On iki yaşlı oğlum çox unutqandır və məktəb ləvazimatlarını gah evdə, gah da məktəbdə qoyur. Bu problemin həll yolu varmı?

     Uşaq və yeniyetmələr unutqanlığa meyillidirlər və onların bu rəftarının bir sıra səbəbləri var.
     1. Fikrin toplanması pozğunluğu: Ola bilər, sizin övladınız fikir dağınıqlığı ilə birgə olan hiberaktivliyə tutulub.
     2. Psixoloji problem: Bəzən yeniyetmənin unutqanlığının səbəbi psixoloji problemlər olur. Onun ev, məktəb və məhəlləyə aid problemlərini öyrənib aradan qaldırın.
     3. Zehni məşğuliyyət: Bəzən ekskursiya, yarış, dostlarla vədələşmək və sairə fəaliyyətlər onun fikrinin dağılmasına səbəb olur. Bu problemə böyüklərdə də çox rast gəlmək mümkündür. Buna görə də güzəştə gedin.

     Bir neçə tövsiyə
     A. Onun adətən unutduğu şeyləri yazıb gözünün qabağından asın.
     B. Ona öyrədin ki, evi tərk etməmişdən qabaq öz özünə "görəsən yadımdan bir şey çıxmadı ki?" desin.
     C. Ona başa salın ki, ev və ya məktəbdən çıxmamışdan özünü başdan ayağa yoxlasın və papaq, eynək, jaket, çanta və sairə əşyalarını götürüb-götürməməsinə əmin olsun.
     Ç. Onu ev və ya məktəbdən çıxmamışdan qabaq çantasındakı əşyaları (yazı ləvazimatlarını) yoxlamağa adət etdirin.
     D. Ondan məktəbdə evə verilən tapşırıqları bir bloknota qeyd etməsini istəyin. Əgər bloknotu da unudursa, əlinə yazsın.
     E. Diqqətsizlik üzündən bir şeyi yaddan çıxaranda qoyun, o bu rəftarının təbii nəticələri ilə qarşılaşsın. Məsələn, əgər məktəb ləvazimatından nəyisə dəfələrlə unudursa, həmin ləvazimatı onun üçün aparmayın.
     Ə. Əgər unutqanlıq səbəbindən nəyisə itirirsə, həmin əşyanın tapılmasında ona kömək etməyin və onu itən şeyin pulunun bir hissəsini öz cibxərcliyindən ödəməyə məcbur edin.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar