Psychology

Məsuliyyətli uşağın əlamətləri

17 November, 2024

Məsuliyyətli uşağın əlamətləri

Biz övladımızın məsuliyyətli olduğunu necə müəyyən edə bilərik? Bunun əlamətləri nədir?

     Məsuliyyətli uşağın əlamətləri bunlardır:
     1. Qərar qəbul etməkdə tərəddüdlü deyil və adətən düzgün qərar qəbul edir;
     2. Həmyaşıdlarının qərarına zidd qərar qəbul edə bilir;
     3. Müxtəlif yollar arasından bir yolun seçilməsi onun üçün asandır;
     4. Adətən sadə işlərin yerinə yetirilməsi ilə qane olmur və daha ciddi və mürəkkəb vəzifələr yerinə yetirmək istəyir;
     5. Müxtəlif məqsəd və maraqlara malik olur;
     6. Öz vəzifələrini başqalarının (valideynlərin) xəbərdarlıq və göstərişi olmadan yerinə yetirir;
     7. Heç bir mübahisə və söz-söhbət etmədən valideynlərinin müəyyənləşdirdiyi məhdudiyyətlərə hörmətlə yanaşır və onlara əməl edir;
     8. Öz problemlərini həll etmək qüdrətinə malikdir;
     9. Öz əməl və hərəkətlərinin nəticələrinin məsuliyyətini qəbul edir;
     10. Yerinə yetirdiyi işləri dəlil əsasında görür;
     11. Hər hansı bir səhvə yol verəndə öz səhvini etiraf edir;
     12. Öz uğursuzluqlarında başqalarını günahlandırmır;
     13. Bağladığı razılaşmaya (verdiyi sözlərə) əməl edir;
     14. Bacardığı qədər ictimai qayda-qanunları pozmur.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri