Psychology

Enurezin fiziki və tibbi səbəbləri

28 March, 2024

Uşaqlarda enurezin fiziki və tibbi səbəbləri nədir və bu halda nə etmək lazımdır?

Uşaqlarda enurezin təqribən 5 faizinin (bəzi araşdırmalara əsasən, 2 və 10 faizinin) səbəbi fiziki problemlər və bədən üzvlərində olan nasazlıqlardır. Buna görə də hər şeydən əvvəl bu ehtimal olunan problemlər dəqiqləşdirilməli və hər hansı bədən üzvündə problemin olmadığına əmin olmaq lazımdır.
Bu növ enurezin ən mühüm nişanəsi onun hər axşam baş verməsidir. Bəzən də tibbi səbəblərlə yanaşı, qeyri-tibbi səbəblər də ola bilər ki, bu neçəşaxəli səbəblər diqqətdən kənar qalmamalıdır. Uşaqlarda enurezin ən mühüm və geniş yayılmış tibbi səbəbi sidik kanalının infeksiyasıdır ki, ona beş yaşdan aşağı qız uşaqlarında daha çox rast gəlmək mümkündür. Bu infeksiyanın səbəbi anusdan - o, arxadan qabağa tərəf yuyularkən - sidik kanalına mikrob keçməsidir. Qızların bu infeksiyaya oğlanlardan daha çox tutulmalarının digər bir səbəbi də onların sidik kanalının oğlanlarla müqayisədə daha qısa olmasıdır.
Əgər uşaq gecələr yerini islatmırsa, yaxud əvvəllər isladır, lakin yerini islatması bir müddət (6-12 ay) dayanır, sonra yenidən başlayırsa, onun sidik kanalının infeksiyası ehtimalı yüksəkdir. Bu səbəbin digər əlaməti sidik ifraz edilən zaman uşağın göynəmə hiss etməsi, sidik ifrazının az miqdarda dəfələrlə təkrar edilməsi, belin aşağı hissəsində, yaxud qarının bir tərəfində ağrı hissi, sidikdə qan olduğu üçün onun rənginin qırmızı, çəhrayı, yaxud tutqun olması və qızdırmadır.
Bu cür əlamətlər olduğu halda tam analiz götürüldükdən və sidik əkildikdən sonra problemin həlli üçün həkim münasib antibiotik yazır. Digər bir mühüm səbəb sidik ifrazını tənzimləyən sinir - əzələ sisteminin inkişafının gecikməsidir ki, sidik kisəsi əzələlərinin (sfinkter əzələlərinin) zəifliyinə səbəb olur və uşaq gecə öz sidiyini nəzarətdə saxlaya bilmir. Yaxud onun sidik kisəsi kiçikdir.
Bu səbəbin əlamətlərindən biri uşağın gün ərzində digər uşaqlardan daha çox ayaqyoluna getməsidir. Bu iki problemi (əzələ zəifliyi və sidik kisəsinin kiçik olmasını) "sidik kisəsinin dartılması" məşqləri ilə tədricən aradan qaldırmaq mümkündür.
Əvvəlki səbəblərin (sidik kanalı infeksiyası, əzələ zəifliyi və sidik kisəsinin kiçik olması problemlərinin) əlamətlərindən biri də uşağın gündüzlər də qeyri-iradi sidik ifraz etməsi, öz sidiyini gün ərzində idarə edə bilməməsidir.
Sidik kisəsinin infeksiyası, şişməsi, yaxud onda daşın olması da öncə qeyd edilən səbəblər sırasındadır.
Gecə enurezinin digər bir fiziki səbəbi şəkərli diabetdir ki, sidiyin tez-tez təkrarlanmasına, bəzən də əvvəllər sidiyini idarə edə bilən uşaqların gecə enurezinə səbəb olur.
Digər bir tibbi səbəb şəkərsiz diabetdir (diabetes insipidus). Şəkərsiz diabetin səbəbi hormon pozğunluğudur və o, hipofiz vəzisinin antidiuretik "ADH" hormonu ifraz edə bilməməsindən yaranır. Şəkərsiz diabet əlamətləri bunlardır: gecə sidiyin dəfələrlə çox miqdarda ifraz edilməsi, sidiyin kəmrəng və duru olması, hədsiz susuzluq və çəkinin azalması səbəbindən yaranan arıqlıq.
Şəkərsiz diabetin olduğu təqdirdə həkim "desmo pressin" adlı dərman yazır. O, bir növ süni antidiuretik dərmandır və hipofiz vəzisinin bu hormonu ifraz qabiliyyətinin olmamasının yerini doldurur.
Desmopressindən burun inhalyatoru kimi istifadə edilir və onun həbləri də var.
Desmopressin digər dərmanlarla müqayisədə daha az ziyanlıdır. Burun yollarının şişməsi, burunun qanaması, baş ağrısı, qarının sancılanması bu dərmanın ehtimal edilən əks təsirləri ola bilər. Bu tibbi səbəblərdən əlavə, beyin travmaları (beyində sidiyin idarə edilməsi mərkəzinin zədələnməsi), oliqofreniya, epilepsiya, böyrək çatışmazlığı, fəqərə sütunu və onurğa beyninə zərbə dəyməsi, çanağın sınması, qan azlığı, qanda kalsium azlığı, cinsiyyət orqanının infeksiyası, cinsiyyət orqanının sünnət edilməklə aradan qalxan əyriliyi, həmçinin nadir hallarda sidik kanalının infeksiyası, bəzən də digər bədən üzvlərinin xəstəliyi kimi digər tibbi səbəblər də var.

 

Dr. Hüseyn Dehnəvi

Interview

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev