Psychology

Görəsən, uşaqların bütün qorxuları birmənalı şəkildə xoşagəlməz və zərərlidir?

25 August, 2024

Görəsən, uşaqların bütün qorxuları birmənalı şəkildə xoşagəlməz və zərərlidir?

     İztirabın faydalısı olduğu kimi, qorxunun da xeyirlisi var. Uşağın müəyyən həddə qorxuya malik olması lazımdır. Məsələn, uşaq, gərək, yadlardan müəyyən qədər qorxsun ki, hər adama inanmasın. Həmçinin, gərək, sudan müəyyən qədər qorxsun ki, özünü hovuzun içinə atmasın. Eləcə də yoldan qorxsun ki, özü üçün təhlükə yaratmasın. Habelə Allahdan qorxsun ki, günah etməsin…
     Bəzi valideynlər uşaqların təhlükələrdən qorunması üçün onları həddən artıq qorxudurlar ki, bunun da nəticəsi yaxşı olmur. Su və hovuz ilə şiddətlə qorxudulan uşaq, çox ehtimal ki, gələcəkdə də hovuz və dənizə tərəf getməyəcək və gözəl idman növlərindən olan üzgüçülükdən məhrum olacaq. Yadlardan şiddətlə qorxudulan uşaq heç kəsə etimad etməyəcək ki, bu da bəyənilən hal deyil. Bundan əlavə, yadlardan qorxmaq onu həm də incidəcək.
     Heç vaxt övladınızı mehriban Allahdan qorxutmayın. Çünki bu halda onların zehnində Allah barəsində xoşagəlməz bir təsəvvür yaranacaq və onun həyatının bütün mərhələlərində möhtac olduğu mehriban və mərhəmətli Allah Öz yerini itirəcək.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri