Psychology

Valideyn

15 February, 2024

Tərbiyəçi (valideynlər, müəllimlər) hansı xüsusiyyətlərə malik olmalıdır?

Tərbiyə sahəsində hər hansı bir addım atmaq istəyən kəs tərbiyəçi sayılır və o, bir sıra xüsusiyyətlərə malik olmalıdır. Tərbiyəçinin mühüm xüsusiyyətlərindən bəziləri bunlardır:

  1. İxlas: Həqiqi təsir Allaha məxsus olduğu üçün tərbiyəçi öz söz və əməlinin təsirli olması üçün ixlasa malik olmalı, tərbiyəni Allaha xatir verməlidir. Əgər tərbiyəçi bütün tərbiyə vasitələrinə (uşaq psixologiyasını bilmək, tərbiyə sahəsinə aid elmi məsələlərdən xəbərdar olmaq, uşaqların ruhi-psixoloji xüsusiyyətlərin dən agahlıq) malik olsa, lakin Allahı nəzərə almasa, o, tərbiyə işində uğur qazana bilməz.
  2. Təvəkkül: Böyük Allaha təvəkkül etməklə tərbiyənin enişli-yoxuşlu yolları rahatlıqla qət edilir.
  3. Təvəssül: Əziz Peyğəmbərimizə və onun Əhli beytinə təvəssül etmək çox həlledicidir. Biz din böyüklərimizin bərəkət okeanına qərq olmuşuq, amma suda olan balıq suyun qədrini bilmədiyi kimi, biz də bu nemətin qədrini bilmirik. Valideynlərin çoxu özlərinin maddi problemlərini aradan qaldırmaq üçün bu ilahi nurlara təvəssül edirlər, lakin övladlarının dindar, əməlisaleh, zəkalı və ədəbli olması üçün onlara təvəssül etmirlər.
  4. Uşaq dünyasını dərk etmək: Ata, yaxud ana “ruhunu öz bədənindən çıxarmalı”, uşağın bədəninin qəlibinə daxil etməli, dünyanı onların gözü ilə görməlidir. Nə qədər ki bu baş verməyib, uşağı tərbiyə etmək çətin olacaq. Əgər valideynlər öz uşaqlıq dövrləri barədə düşünsələr və həmin dövrləri yada salsalar, övladlarının hərəkətlərinin çoxu onlara təbii görünər. Çünki başa düşərlər ki, onların gözündə anormal görünən rəftarların çoxu uşaqlıq dövrünün tələbidir. Həzrət Məhəmməd peyğəmbər (s) buyurur: “Yanında uşaq olan kəs, gərək, onun üçün uşaqlıq etsin”.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri