Psychology

Azyaşlı uşaqlarda qorxunu aradan qaldırmaq

02 September, 2024

Azyaşlı uşaqlarda qorxunu aradan qaldırmaq üçün nə etmək lazımdır?

     Bu istiqamətdə ən yaxşı yollardan biri "oyun" üsuludur. Bəzi oyunlar var ki, uşağın yaşına uyğun olaraq qaranlıqda həmin oyunları oynamaq olar.
     1. Gizlənqaç: Yaxşı olar ki, valideynlər (ata-ana) işığı bir müddət söndürsünlər və bu oyunu qaranlıqda oynasınlar. Əlbəttə, gərək, onun vaxtı qısa olsun və o, düşünülmüş şəkildə oynanılsın. Oyuna, gərək, otağın işıqlı hissəsində başlansın və gizlənməli olan və uşağın tapmalı olduğu şəxslər qaranlıq otaqda gizlənsinlər və uşaq onları qaranlıq otaqda tapsın və yavaş-yavaş qaranlığa öyrəşsin.
     2. Barmaq ilə kölgə yaratmaq oyunu: Bu, azyaşlı uşaqlar üçün maraqlı oyundur. Otağın işığı söndürülür və bir şam yandırılır. Ata, yaxud ana şamın işığının qa bağında barmaqları ilə divara kölgə salır. Divarda uşağın xoşladığı müxtəlif şeylərin kölgəsini salmaq olar.
     3. Polis oyunu: Ata ilə uşaq qaranlıq otaqda polis oyunu oynayırlar. İşıq söndürülür və onlar əllərində fənər itmiş bir şeyi axtarırlar. Əlbəttə, gərək, cinayətkar oğru, qorxunc və xəyali varlıqlar axtarmasınlar. Çünki bu, uşaqda başqa bir qorxu yarada bilər.

Dr. Hüseyn Dehnəvi

Interview

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl