Psychology

On iki yaşlı yeniyetmə övladımın qeyri-məntiqi istəkləri var. Mən onu bu istəklərindən necə yayındıra bilərəm?

16 July, 2025

On iki yaşlı yeniyetmə övladımın qeyri-məntiqi istəkləri var. Mən onu bu istəklərindən necə yayındıra bilərəm?

     Əgər siz uşaqlığından onun məntiqi istəklərinə gülər üzlə müsbət cavab vermiş olsanız, əvvəla, onun qeyri-məntiqi istəyi olmayacaq və əgər birdən onun belə bir istəyi olsa da, sizin narazılığınızı və müsbət cavab verməməyinizi görəndə həmin istəyindən vaz keçəcək.
     Yeniyetmənin inadkarlığının və qeyri-məntiqi istəklərinə çatmaq marağının güclənməsinin ən əsas səbəblərindən biri onun seçim hüququnun əlindən alınmasıdır. Yeniyetmənin ən mühüm xüsusiyyətlərindən biri onun müstəqillik istəməsidir. Odur ki, o, seçimi özü etmək istəyir. Buna görə də əgər valideyn ona seçim hüququ versə, çox ehtimal ki, o, elə valideynin istədiyini seçəcək. Tövsiyə edirik ki, yeniyetmə övladınızın qeyri-məntiqi istəkləri müqabilində dərhal "yox" deməyin. Əksinə, ona deyin ki, sizin fikrinizdə bu barədə bir şey yoxdur və seçimi o özü etməlidir.
     Siz onun məntiqi istəklərinə həmişə gülərüzlə müsbət cavab verdiyiniz üçün o, dərhal başa düşəcək ki, indi onun bu istəyi ilə razı deyilsiniz. Siz onun bu istəyi ilə açıq- aşkar müxalifət etmədiyiniz və seçim haqqını onun özünə verdiyiniz üçün, çox ehtimal ki, sizin istədiyiniz şeyi seçəcək.
     Yeniyetmələrin çoxu seçim haqqı onlara verilən kimi öz istəklərindən daşınırlar. Qızların çoxu öz fikirlərindən döndüklərini elan edirlər. Lakin oğlanlar öz qürurlarını sındırmayaraq bu barədə düşünəcəklərini deyirlər.
     Çox az ehtimal var ki, onlar həmin istiqamətdə addım atsınlar, amma onu həyata keçirməsinlər. Kiçik ehtimal da var ki, onlar öz qeyri-məntiqi istəklərini həyata keçirsinlər. Lakin sizin alicənab davranışınızı görəndə onu davam etdirməyəcəklər.
     Əgər sizin məntiqi davranışınıza baxmayaraq, övladınız səhv yola düşsə və onu davam etdirsə, onun həmin yoldan qaytarılmasının ilk mərhələsi zor tətbiq etmək və təzyiq deyil. Siz ilk öncə (hiss və emosiyaların oyadılması, məhrum etmək, "ver-al üsulu", küsmək kimi) çəkindirici üsullardan istifadə edin. Əgər bunların təsiri olmasa, onu cəzalandırmaqla hədələyin. Əgər fiziki cəzalandırma öz şərtləri çərçivəsində yerinə yetirilsə, son əlacdır.
     İmam Əli buyurub:
     "Dağlamaq son dərmandır".
     Əgər siz bu qaydada davransanız, öz vəzifənizə əməl etmiş sayılırsınız və verdiyiniz tərbiyənin təsir göstərməyəcəyi təqdirdə o öz xoşagəlməz davranışının məntiqi və təbii nəticələri, xoşagəlməz təcrübələrlə qarşılaşacaq. Ümid edirik ki, həmin xoşagəlməz təcrübələrdən nəticə çaxaracaq.

Dok. Hüseyn Dehnəvi

Interview

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri