Psychology

Səhərlər yuxudan çətin qalxan övladımı yuxudan necə oyadım?

18 July, 2024

Səkkiz yaşlı övladım səhərlər yuxudan çətin qalxır. Onu yuxudan necə oyadım?

     Uşaqların səhərlər yuxudan oyadılmasının özünə məxsus incəliyi var. Əgər bu iş düşünülmüş qaydada edilməsə, gərginlik yaranmasına səbəb olur və nəticədə ailə üzvlərində psixoloji sıxıntılar yaranır. Övladınızı yuxudan oyatmaq üçün aşağıdakı üsullardan istifada edin:
     1. Onun yatağına yaxınlaşın və onu yaxından oyadın.
     2. Onunla yumşaq və mehriban danışın və emosional sözlərdən (oğlum, qızım, əzizim, canım və s.) istifadə edin.
     3. Onu yuxudan tədricən ayırın. Bunun üçün onu oyatmaq istədiyiniz vaxtdan 15 dəqiqə qabaqdan işə başlayın və onu 5 dəqiqə fasilələrlə 3 dəfəyə oyadın.
     4. Bəzi uşaqların yuxudan oyanmaq üçün fiziki təsirə ehtiyacı olur. Buna görə də onu yavaşca masaj edin.

     Bir neçə tövsiyə
     A. Övladınızı yuxu görəndə yuxudan oyatmayın. Yuxu görməyin əlaməti gözün hərəkət etməsidir. İnsanlar orta hesabla 5-10 dəfə yuxu görürlər və bunlar qısamüddətli yuxular olur. Buna görə də həmin vaxt bir neçə dəqiqə səbir edin və onu yuxu görüb qurtarandan sonra oyadın.
     B. Uşağı yuxudan oyatmaq üçün əsla zor gücündən və təzyiq vasitələrindən istifadə etməyin. Çünki bu halda o, inadkarlıq edəcək.
     C. Onu uzaqdan çağırmayın, qışqırıq salmayın. Uşaq sizin qışqırıqlarınızın sayı qədər psixoloji şoka məruz qalır.
     Ç. Uşağın oyanması gecikəndə təbii və məntiqi nəticələrdən istifadə edin. Yuxudan gec oyanan uşaq təbii olaraq məktəb avtobusuna çatmır və dərsə gecikdiyi üçün müəllimə cavab verməlidir. Həmçinin o, gec oyananda səhər yeməyi və isti çaydan məhrum olur. Əsas odur ki, siz onun üçün yenidən süfrə açmaya və yemək qızdırmayasınız.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl